“Soraq kitabı kimi istifadə edilə biləcək nəşrlərdə təhrif olunmuş məlumatların yayılmasına yol verilməməlidir”
Tarix: 11.01.2018 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Moskvadakı “Çitay qorod” kitab mağazalarında “Stranı mira” (“Dünya ölkələri”) adlı ensiklopediya sərbəst satışdadır. Bu kitabda qondarma “DQR” barədə də məlumat var. Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bu məlumatı şərh edərək deyib: “Dağlıq Qarabağ münaqişəsini dinc yolla, diplomatik vasitələrlə həll etmək üçün hazırda çox böyük səy göstərilir. Ali səviyyədə danışıqlar aparılır. Şübhəsiz, bu çox kəskin məsələdir. Bu münaqişə artıq neçə-neçə dinc sakinin - sadəcə yaşamaq, uşaqlarını böyütmək, dinc əməklə məşğul olmaq istəyən vətəndaşların həyatı bahasına başa gəlib. Ona görə də gərginliyin eskalasiyasına təhrik edən, danışıqlar prosesini mürəkkəbləşdirən hər hansı hərəkətlərin qarşısı, əlbəttə, qətiyyətlə alınmalıdır”.
Rusiyalı deputatın vurğuladığı kimi, başa düşmək lazımdır ki, bu gün dünyamızda neqativ geosiyasi proseslər onsuz da çoxdur. Ona görə də bizim kövrək dünyamızı qoruyub saxlamaq üçün məhz bu gün öz məsuliyyətimizi və münaqişənin dinc yolla tənzimlənməsinə maksimal dərəcədə kömək etməyin zəruriliyini dərk etməyə həmişəkindən daha çox ehtiyac var. D.Savelyev deyib: “Xüsusən soraq kitabı kimi istifadə edilə biləcək nəşrlərdə təhrif olunmuş məlumatların yayılmasına yol verilməməlidir. Axı bu, məsuliyyətdir, o cümlədən bizim övladlarımız qarşısında, gələcəyimiz qarşısında məsuliyyətdir. Belə məlumatların təqdim edilməsində korrektliyi gözləmək xüsusilə vacibdir”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info