“Gürcüstanda kilsə özünə dövlətə alternativ kimi baxır”
Tarix: 22.05.2013 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


“Le Figaro” qəzeti yazır ki, mayın 17-də Gürcüstanda baş vermiş hadisələri “teokratik inqilab” kimi qiymətləndirmək olar: “Həmin vaxt yaxın vaxtlarda formalaşmış hökumətin izahedilməz sükutunu pozmağa müvəffəq olundu.
Həmin gün seksual azlıqların iki assosiasiyası ölkə paytaxtında Homofobiya ilə Beynəlxalq Mübarizə Gününü qeyd etməyi planlaşdırmışdı. Hazırlanan tədbirdən xəbər tutan Gürcüstanın pravoslav kilsəsinin katalikos-patriarxı II İliya şəhər merindən tədbiri qadağan etməyi tələb etdi. Halbuki gürcü qanunvericiliyi qabaqcadan razılaşdırılmamış mitinqlərin keçirilməsinə icazə verir. Şəhər rəhbərliyini “əksər insanların hüquqlarının pozulması və ənənələrin təhqiri”ndə günahlandıran patriarx bununla LGBT cəmiyyətinin tədbirinin baş tutmaması üçün “xeyir-dua verdi”.
Xatırladaq ki, mayın 17-də qeyri-ənənəvi seksual oriyentasiyanın nümayəndələri Tbilisinin mərkəzindəki meydana toplaşmışdılar. Ora isə öz mənəvi nüfuzundan istifadə edən kilsə iyerarxlarının başçılığı ilə dindarlar da yollanmışdılar.
Kilsənin “hücumlarına” cavab olaraq hökumət heç bir hərəkətə təşəbbüs göstərmir, kilsə üzərində tam nəzarəti itirməkdən ehtiyat edir.
“Dini millətçilik artıq özünə dövlətə alternativ kimi baxır. Nə qədər ki kilsəmiz Rusiya ilə əlaqələrdə ikitərəfli mövqe tutur, bu, elə siyasi problem olaraq da qalacaq” - deyə politoloq Giqa Zedaniya bildirib.
Hər halda mayın 17-də ruhanilər milyarder Bidzina İvanişvilinin başçılıq etdiyi ölkə rəhbərliyinə çağırışını etdi”.
N.ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info