“Aa.com.tr”: “Bakı-Tbilisi-Qars Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirəcək”
Tarix: 11.01.2018 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Qardaş Türkiyənin “aa.com.tr” saytı ölkəmizlə bağılı xəbər yayıb.Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasına həsr olunan xəbərdə deyilir: “Prezident Nazirlər Kabinetinin son iclasında çıxışı zamanı Azərbaycan iqtisadiyyatının 2017-ci ildə böyüdüyünü, valyuta ehtiyatlarının 4,5 milyard dollar artaraq, təxminən 42 milyard dollar təşkil etdiyini bildirib. Azərbaycan ordusu ilə bağlı danışan dövlət başçısı ordunun daha da güclənməsi üçün lazım olan hər bir şeyin edildiyini deyib. Prezident orduya lazım olduğu qədər büdcə ayırdıqlarına və gələcəkdə də ayıracaqlarına da diqqət çəkərək deyib ki, “Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə, Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək”.
Azərbaycan təbii qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizinə də toxunan ölkə başçısı bildirib ki, “Şahdəniz-2” layihəsinin icrası 99 faizi, Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəmərinin 93 faizi və TANAP layihəsinin icrasının 90 faizi, TAP layihəsinin isə 60-62 faizi başa çatıb.
Açılışı 2017-ci ildə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolunun nəinki Azərbaycan və bölgə üçün, dünya üçün önəmli layihə olduğunu vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirəcək. Bir çox ölkələrdən Bakı-Tbilisi-Qarsa qoşulmaq haqqında bizə müraciətlər olub. Artıq bir neçə həmkarımla bu məsələni mən şəxsən müzakirə etmişəm. İndi müvafiq göstərişlər verilib ki, bir çox ölkələrlə işçi qrupları yaradılacaq”.
Bu il 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd ediləcəyini xatırladan Prezident 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info