Heydər Əliyevin yubileyinə həsr olunmuş XIII Beynəlxalq elmi-texniki konfrans keçiriləcək
Tarix: 11.01.2018 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Dəniz Akademiyasında 2018-ci il mayın 3–4-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş XIII Beynəlxalq elmi-texniki konfrans keçiriləcək.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən bildirilib ki, konfransda akademiyanın professor-müəllim heyəti, mütəxəssislər, doktorant və gənc tədqiqatçılar və əcnəbi alimlər iştirak edəcək.
Konfransın məqsədi elmi-texniki məlumatların mübadiləsi və beynəlxalq əlaqələrin genişləndirilməsindən ibarətdir.
Konfransın işi “Gəmiqayırma və gəmi təmiri texnologiyası”, “Gəmiçilik və su nəqliyyatının istismarı”, “Gəmiçilik texnikası”, “Gəmiçilikdə humanitar və dilçilik problemləri” bölmələri üzrə təşkil olunacaq.
Təşkilat komitəsinin qərarı ilə ən yaxşı məruzə materiallarının “ADDA-nın Elmi əsərləri” məcmuəsində ödənişsiz çap olunması nəzərdə tutulur. Digər məruzələr XIII Beynəlxalq elmi-texniki konfransın toplusunda dərc ediləcək.
Konfransda iştirak etmək istəyənlər məruzə materiallarını bu ilin martın 16-dək təşkilat komitəsinə təqdim edə bilərlər. Konfransda həm əyani, həm də qiyabi iştirak mümkündür. Əyani iştirak etmək istəyənlərdən təşkilat komitəsini məlumatlandırmaları xahiş olunur.
Xatırladaq ki, ötən il geniş miqyasda təşkil olunan bu beynəlxalq konfransda respublikamızın 11 ali təhsil və elm ocağı ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Latviya, Polşa, Qazaxıstandan olan alimlər və bir çox aparıcı mütəxəssislər iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info