Tornado ABŞ-da 51 nəfərin həyatına son qoyub
Tarix: 22.05.2013 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


ABŞ-ın Oklahoma ştatında baş vermiş qasırğa 51 nəfərin həyatına son qoyub. “Agence France-Presse” bildirir ki, Oklahoma ştatını vurmuş tornado ən azı 51 nəfərin ölümünə səbəb olub. Hakimiyyət dairələri tornadonun viran etdiyi evlər və tikililərin xarabazarları altında daha çox qurbanın qala biləcəyindən narahatdır. 128 yaralıdan 10 nəfərin vəziyyəti kritikdir. Həlak olanların 20-si, yaralıların isə 70-i uşaqlardır. “CNN”nin məlumatına görə, ABŞ prezidenti Barak Obama Federal Fövqəladə Hallar Agentliyinə (FEMA) Oklahomaya əlavə qüvvələr yollamaq barədə göstəriş verib. Tornadodan ən çox zərər çəkən isə Mur şəhəridir. Burada yüzlərlə ev dağılıb, xəstəxana və məktəbin binaları viran qalıb. 38 mindən artıq amerikalı işıqsız qalıb. Tornadonun mərkəzində küləyin sürəti 320 km/saata çatırdı. “CBS” bildirir ki, Mur şəhərində həlak olanlar arasında 4 yaşlı oğlan və 3 aylıq körpə də var. Mur şəhərində yerlə yeksan olmuş məktəbdə 75 uşaq vardı. Onların bir çoxunun taleyi məlum deyil. Şəhərdə yüzlərlə ev yanır. Yanğınsöndürənlər alovu lokallaşdırmağa və söndürməyə çalışırlar. Meteoroloqlar ən yaxın zamanda Oklahoma-Siti bölgəsində yeni tornadonun yarana biləcəyini istisna etmirlər. Ötən həftəsonu Oklahoma, Kanzas və Ayova ştatlarından 21 tornado keçib. Həmin tornadolar nəticəsində yüzlərlə ev dağılmış, 2 nəfər həlak olmuşdu.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Səudiyyə Ərəbistanı ölkədə ABŞ hərbi kontingentini yerləşdirməyə hazırdır
20.07.2019
Britaniyanın XİN rəhbəri İranı tankerlərin saxlanılmasının nəticələri barədə xəbərdar edib
20.07.2019
ABŞ Venesuelaya qarşı sanksiyalar siyahısını genişləndirib
20.07.2019
Böyük Britaniya Hörmüz boğazında tankerin saxlanılmasından olduqca narahatdır
20.07.2019
İİKK Hörmüz boğazında Britaniyaya məxsus neft tankerini saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info