“2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi böyük rəğbətlə qarşılandı”
Tarix: 12.01.2018 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


“Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi Azərbaycan cəmiyyəti, eyni zamanda ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən böyük rəğbətlə qarşılandı. Hər bir azərbaycanlı dövlətimizin başçısı ilə qürur duymalı və onun ətrafında sıx birləşməlidir.
Bu qərardan irəli gələn öhdəliklərlə bağlı hər bir Azərbaycan vətəndaşı Prezidentə dəstək olmalıdır. Ümumiyyətlə, Azərbaycan Prezidentinin indiyə kimi atdığı hər bir addım ölkəmizin milli mənafeyinə, dövlətimizin maraqlarını qorumaqla perspektivli inkişafa xidmət edib”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib. Fuad Muradov deyib: “Prezident İlham Əliyev qeyd edib ki, indiki müstəqil Azərbaycan dövləti Azərbaycan xalqına məxsusdur. Bu varisliyi dövlətimiz öz üzərinə götürür. Ölkə başçısı son addımı ilə əvvəllər söylədiyi “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” fikrini bir daha təsdiqlədi. Hər kəs bunun şahididir ki, İlham Əliyev bütün azərbaycanlıların, eyni zamanda, ölkə hüdudlarından kənarda yaşayan həmyerlilərimizin Prezidentidir. Bunu hər bir Azərbaycan vətəndaşı görür və yüksək qiymətləndirir”. Komitə sədri bildirib ki, müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda qurulması, Şərqdə ilk dəfə olaraq qadınların müstəqil şəkildə seçkilərə qatılması tariximizdə qürurverici hadisə kimi yaddaşlara həkk olunub. Azərbaycan Prezidentinin bu tarixi qərarı ilə biz öz dövlətimizi dünya miqyasında təbliğ etmək imkanlarına malik olacağıq. Fuad Muradov bildirib ki, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçiliyimizin daha da inkişaf etdirilməsi, dünya səviyyəsində Azərbaycanın tanıdılması istiqamətində atılan mühüm addımların davamıdır: “Azərbaycan gəncləri Prezidentimizin bu addımını alqışlayır və hər zaman dövlətçiliyimizin, müstəqilliyimizin qorunub saxlanmasına töhfə verəcək, ölkəmizin inkişafı naminə gördüyü hər bir işdə ona dəstək olacaq”.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib
17.03.2019
Prezident İlham Əliyevin son Sərəncamı əsl humanizm nümunəsidir
16.03.2019
Azərbaycan xalqlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına böyük töhfə verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10700

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Film turizmi – yaxşı kino ixrac məhsuludur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info