Qazaxıstanda son illərin ən sərt hava şəraiti qeydə alınıb
Tarix: 12.01.2018 | Saat: 02:48:00 | E-mail | Çapa göndər



Qazaxıstanda son illərin ən sərt hava şəraiti qeydə alınıb. Yanvarın 11-də gecə saatlarından başlayan güclü qar fırtınası səbəbindən Qazaxıstan paytaxtında fövqəladə vəziyyət elan olunub. Paytaxt Astanada intensiv qar yağışı və şiddətli külək həyatı iflic edib.

Sürəti saatda 76 kilometrə çatan qasırğa nəticəsində insanlar yollarda qalıb, bir çox obyektlərə və yaşayış binalarına ziyan dəyib. Şəhər daxilində nəqliyyatın hərəkəti təmin edilsə də, paytaxtın digər şəhərlərlə əlaqəsində fasilələr yaranıb. Eyni zamanda, Nursultan Nazarbayev adına Astana Beynəlxalq hava limanından uçuşlar təxirə salınıb.
Günorta saatlarında Astana şəhər icra hakimiyyəti yaydığı yazılı açıqlamada şəhərdə fövqəladə vəziyyət elan olunduğunu və vətəndaşların mümkün qədər evlərindən çıxmamaları barədə xəbərdarlıq edib. Eyni zamanda, səhər saatlarında sosial şəbəkələr vasitəsilə məktəblərdə və kolleclərin aşağı kurslarında dərslərin təxirə salındığı barədə xəbər verilib. Həyati əhəmiyyətli xidmətlər istisna olmaqla, digər təşkilatlara fəaliyyətlərini müvəqqəti olaraq dayandırmaq tövsiyə edilib. Ölkənin hidrometeorologiya xidmətindən yayılan açıqlamada qar çovğununun davam edəcəyi və havanın temperaturunun - 25 dərəcəyə qədər enəcəyi bildirilib
Bununla belə, kəskin çovğuna baxmayaraq, gün ərzində şəhərdə nəqliyyatın hərəkətini asanlaşdırmaq məqsədilə yollarda qarın təmizlənməsi işləri fasiləsiz davam etdirilib. Astana meriyasından verilən məlumata görə, bu işlərə 1345 maşın cəlb edilib və 35 min ton qar şəhər kənarına daşınıb.
Qeyd edək ki, qış mövsümünün beş-altı ay davam etdiyi Astana şəhəri Monqolustanın paytaxtı Ulan-Batordan sonra dünyanın ikinci ən soyuq paytaxtı hesab olunur.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info