Son beş ildə 5 min erməni vətəndaşlıqdan imtina edib
Tarix: 12.01.2018 | Saat: 13:31:00 | E-mail | Çapa göndər



Yeni- 2018-ci il Ermənistan üçün elə də yaxşı başlamayıb. Belə ki, təzə ilin ilk günlərindən ölkədə bahalaşma tüğyan edir. Təbii ki, bunun fəsadları tezliklə müxtəlif formada özünü büruzə verəcək.
Ermənilər üçün bunun ən optimal yolu Ermənistanı qoyub qaçmaqdır.Artıq ölkə rəhbərliyi də Ermənistandan qaçmaq istəyənlərin qarşısına sipər çəkməkdə acizdir. Necə deyərlər, “ac qılınca çapar”. Erməilərin Ermənistandan qeyri-qani yolla köç etməsi çoxdan bəridir ki adi hal alsa da, sən demə, miqrasiya ilə baglı ölkənin rəsmi orqanlarina da sivil şəkildə xeyli müraciətlər olur. Belə ki, bu ölkədən verilən rəsmi məlumata görə, ötən il 5,250-dən artıq Ermənistan sakini ölkə vətəndaşlığına xitam verilməsi üçün dövlət strukturlarına müraciət edib.
Bunu “1in.am” saytına Ermənistan Polis Şöbəsinin pasport və viza şöbəsinin müdiri Mnasakan Biçaxçyan bildirib. Erməni şöbə müdiri bu ərəfədə. guya Ermənistan vətəndaşlığı almaq üçün müracətlərin də olduğunu bildirib. Maraqlıdır. Daha maraqlısı isə Biçaxçyanın Ermənistan Respublikası vətəndaşlığından imtina ilə baglı 2012-ci ildən bəri edilən müraciətlərin 15009 nəfər olması ilə baglıdır.
Qeyd edək ki, keçən ilin hələ mart ayında Rusiya Daxili İşlər Nazirliyi tərəfindən nəşr olunan məlumatda, təkcə 2016-cı ildə 22.264-dan artıq Ermənistan sakininə Rusiya vətəndaşlığı verilməsi barədə xəbər dərc edilib. Təbii ki, ermənilər üçün belə yalanları uydurmaq adi haldır.
Agasəf




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info