Özbəkistanda Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi yaradılacaq
Tarix: 12.01.2018 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Özbəkistan Mədəniyyət və Sənət İnstitutunun rektoru İbrahim Yuldaşev arasında görüş keçirilib.
Görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Mədəniyyət və Sənət İnstitutu arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair Memorandumun imzalanması, gələcəkdə Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasına dair müzakirələr aparılıb.
İ.Yuldaşev son zamanlar Özbəkistanda ölkə rəhbərliyi tərəfindən böyük islahatların, layihələrin həyata keçirildiyini qeyd edərək, ali məktəblərin də qarşısına mühüm vəzifələrin qoyulduğunu qeyd edib. O, xarici ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi və tətbiqinə dair ölkə rəhbərliyinin göstərişinə uyğun olaraq təhsildə Azərbaycan təcrübəsinin öyrənilməsinin onlar üçün maraqlı və faydalı olduğunu bildirdi.
Daha sonra rektor İ.Yuldaşev rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verərək, İnstitutda fəaliyyət göstərən teatr, kino, televiziya və radio sənəti, rejissorluq, folklor, çalğı alətləri, etnoqrafiya, kitabxanaşünaslıq-informasiya, aşıq sənəti və rəqs üzrə fakültələr barədə məlumat verdi.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanda dövlətin qayğısı nəticəsində ali məktəblərin, hər bir sahədə olduğu kimi mədəniyyət sahəsinin böyük intibah dövrünü yaşadığını qeyd edib, həyata keçirilən işlər barədə məlumat verib. O, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında danışaraq, son zamanlar Azərbaycan-Özbəkistan arasında mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişaf etdiyini, iki ölkənin müəssisələri arasında əməkdaşlığa dair Memorandumların imzalandığını vurğulayıb. Ötən müddət ərzində ilk dəfə olaraq tərəflər arasında tələbə mübadiləsinin həyata keçirildiyini, Azərbaycana dair özbək dilində çoxsaylı nəşrlərin Özbəkistanda çap olunduğunu qeyd edib.
Diplomat 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, habelə bu il Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illik, şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileylərinin qeyd olunmasına dair Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq sərəncamların imzalandığını vurğulayaraq Özbəkistan Mədəniyyət və Sənət İnstitutunda Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi”nin yaradılmasını təklif edib. O, sözügedən mərkəzə Azərbaycan tərəfindən müvafiq nəşrlərin, milli suvenirlərin, bədii və sənədli filmlərin, milli musiqimizə dair disklərin, foto və rəsmlərin hədiyyə olunacağını qeyd edib.
Bundan başqa, İnstitutun nəzdindəki ali attestasiya komitəsində rəsmi qeydiyyatdan keçmiş Elmi Jurnalda mədəniyyət, kitabxana-informasiya sahəsi üzrə azərbaycanlı mütəxəssislərin elmi məqalələrinin Azərbaycan və rus dillərində dərc olunması məsələsi tərəflər arasında razılaşdırılıb.
Daha sonra Özbəkistan Mədəniyyət və Sənət İnstitutunda fəaliyyət göstərən teatr, kino, televiziya və radio sənəti, rejissorluq, folklor, çalğı alətləri, etnoqrafiya, kitabxanaşünaslıq-informasiya, aşıq sənəti və rəqs üzrə fakültələr üçün azərbaycanlı alimlər, mütəxəssislər tərəfindən masterklasların təşkili, qarşılıqlı səfərlərin reallaşdırılması, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edildi, konkret təkliflər irəli sürülüb.
Rektor İbrahim Yuldaşev özbək və Azərbaycan xalqının milli bayramı – Novruz bayramının rəhbərlik etdiyi İnstitutda Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə qeyd olunması, bu məqsədlə açıq havada milli mədəni irsimizə dair sərgilərin, səhnəciklərin təşkili, habelə kitabxana-informasiya sahəsində Azərbaycan-Özbək terminlər lüğətinin hazırlanması təklifi ilə çıxış edib.
S.Abbasov Azərbaycan və özbək xalqlarının milli mədəni irsi olan muğam və aşıq sənətinə dair birgə layihələrin həyata keçirilməsi, cari ilin mart ayında institutda bir günün Azərbaycan mədəniyyətinə həsr edilməsi və bu məqsədlə institutda “Azərbaycan Mədəniyyət günü”nün keçirilməsi təklifi ilə çıxış edib və təklif razılaşdırılıb.
Qeyd edək ki, sözügedən tədbirlər çərçivəsində Özbəkistan Mədəniyyət və Sənət İnstitutunun kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyasının hədiyyə olunması və kitabxanada Azərbaycan guşəsinin yaradılması və nəzərdə tutulub.
Sonda İnstitutun binasına, müxtəlif fakültələrə baxış keçirilib, İnstitutun nəzdindəki rəqs, teatr məşğələləri auditoriyasına, habelə televiziya və radio sənəti mütəxəssisləri üçün laboratoriya ilə tanışlıq olub. İnstitutdakı pantomima teatrının gənc istedadlı uşaqları çıxış ediblər.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info