Vəkilliyə namizədlər nə vaxt imtahan verəcəklər
Tarix: 12.01.2018 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Vəkilliyə namizədlərlə yazılı test imtahanının yanvarın 28-də keçirilməsi nəzərdə tutulur.
 Bu barədə Vəkillər Kollegiyasının mətbuat xidmətindən bildirilib. İmtahanı Vəkillər Kollegiyası Dövlət İmtahan Mərkəzi ilə birgə keçirəcək. İmtahanın yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və s. məsələlərə dair məlumatlar yaxın günlərdə mətbuat vasitəsilə veriləcək. Qeyd olunub ki, Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanununun tətbiqi barədə ölkə prezidentinin 7 noyabr 2017-ci il tarixli sərəncamına əsasən, Vəkillər Kollegiyasına vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə vəkillərin sayının artırılması tövsiyə olunub. Tövsiyə ilə bağlı 9 dekabr 2017-ci il tarixdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə sənəd qəbulu prosesi bərpa olunub və Vəkillər Kollegiyasının tarixində ilk dəfə olaraq imtahana hazırlıq proqramı namizədlərin istifadəsinə təqdim edilib.  
Yanvarın 11-də yekunlaşan sənəd qəbulu nəticəsində qəbul üçün sənəd verən namizədlərin sayı 2000-ə yaxın olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır
25.05.2019
Beyləqandakı əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info