Azərbaycanda çevik antikorrupsiya siyasəti həyata keçirilir
Tarix: 22.05.2013 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


“ASAN xidmət” həm vətəndaşların vaxt itkisinin qarşısını almağa,
həm də korrupsiya ilə mübarizəyə yönəlib


Milli Məclisdə mayın 21-də Korrupsiya Əleyhinə Parlamentarların Qlobal Təşkilatının (GOPAC) İnformasiya Sessiyası öz işinə başlayıb.
Sessiyada Milli Məclisin üzvləri ilə yanaşı, GOPAC Direktorlar Şurasının sədri Edqardo Anqaranın başçılıq etdiyi nümayəndə heyəti də iştirak edir. İclasda Edqardo Anqara GOPAC-ın tarixi barədə danışıb. O qeyd edib ki, dünya çox sürətlə dəyişir, gənclərin gözləntiləri artır və onları yerinə yetirmək çətinləşir: “Gənclərin təşəbbüsləri nəzarətin güclü olduğu siyasi sistemlərdə də artıq önəmli yer alır. Bəzi hallarda idarəetmə gənclərin istəklərinə cavab vermir və bu da “Ərəb baharı”nın yaranmasına səbəb oldu. GOPAC idarəetmənin daha da yaxşılaşmasına yönəlib”.
Anqara qeyd edib ki, GOPAC-ın əsas şöbəsi Ottava şəhərində (Kanada) yerləşir, lakin onun nümayəndəlikləri Afrikada, Cənub-Şərqi Asiyada, Mərkəzi Amerikada mövcuddur: “Biz istərdik ki, daha yaxşı idarəetməni təmin edərək insanları yoxsulluqdan qorusunlar. Biz müxtəlif ölkələrdə olan problemlərə milli həll yolları tapmalıyıq".
GOPAC-ın icraedici direktoru Akaaş Maharac isə bildirib ki, təmsil etdiyi təşkilatın əsas məqsədi yaxşı idarəetmə ilə bağlı gözləntilərə cavab verməkdən ibarətdir. Parlamentarilər də xalqı təmsil etdiyindən bu sahədə aktiv fəaliyyət göstərmələri vacibdir. O bildirib ki, deputatlar bu sahədə lider rolunu oynaya və cəmiyyətin gözləntilərinə öz töhfələrini verə bilərlər.
Milli Məclisin sədr müavini Valeh Ələsgərov iclasda bildirib ki, Azərbaycan son illərdə korrupsiyaya qarşı mübarizədə çox ciddi islahatlar həyata keçirir və bu islahatlar zaman keçdikcə daha da dərinləşir. Valeh Ələsgərov korrupsiya probleminin həllində parlamentin rolundan danışaraq qanunvericilik sahəsində beynəlxalq konvensiyaların qəbul edilməsində gördüyü iş barədə danışıb. Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində mərkəzi və yerli orqanlar formalaşıb.
Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə komissiyanın katibi Vüsal Hüseynov çıxışında bildirib ki, Azərbaycan korrupsiya ilə mübarizə sahəsində bütün beynəlxalq sənədlərə qoşulub və artıq qanunvericiliyi beynəlxalq standartlara tam uyğunlaşdırıb. O, Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində komissiyanın işi barədə məlumat verib. Hüseynov bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi korrupsiya ilə mübarizədə əsas rol oynayır. O qeyd edib ki, Azərbaycanda yaradılmış “ASAN xidmət” həm vətəndaşların vaxt itkisinin qarşısını alıb, həm də korrupsiya ilə mübarizəyə yönəlib. Komissiyanın katibi maarifləndirmə tədbirlərinin də həyata keçirilməsinin vacibliyini deyib. O qeyd edib ki, antikorrupsiya siyasəti çevik olmalıdır və beynəlxalq əməkdaşlıq bu istiqamətdə mühüm rol oynayır.
Milli Məclisin vitse-spikeri 2015-ci ildə GOPAC-ın 6-cı konfransının Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış edib.
İlkin Ağayev




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Kəlbəcərlilər 577 hektar sahədə əkin aparıb
18.08.2019
Abşeron rayonunda sənaye məhsulunun həcmi 54 faiz artıb
17.08.2019
Sabah ölkə ərazisində havanın temperaturu 40 dərəcəyə yüksələcək
17.08.2019
Ağdamda şəhid Nadir Şükürovun xatirəsi anılıb
16.08.2019
Azərbaycan sərhədçiləri təmas xəttində bir sıra istiqamətlərdə strateji əhəmiyyətli mövqeləri tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info