Konsorsium direktoru: “TAP İtaliyanın və bütün Avropanın enerji təhlükəsizliyini gücləndirəcək”
Tarix: 12.01.2018 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Transadriatik boru kəməri (TAP) layihəsi İtaliyanın və bütün Avropanın enerji təhlükəsizliyini gücləndirəcək. Bunu TAP-ın tikintisi üzrə konsorsiumun idarəedici direktoru Luka Skyeppati İtaliyada energetika konfransında deyib.
O qeyd edib ki, TAP İtaliyanı yeni qaz mənbələri ilə təmin edəcək.
Direktor bildirib ki, İtaliyanın 35 milyard kubmetr qaz tədarükü haqqında müqavilələrinin müddətinin 2020-ci ildə başa çatacağı nəzərə alınsa, Azərbaycan qazının ölkəyə nəqli onun enerji təhlükəsizliyini gücləndirəcək.
L.Skyeppati TAP layihəsinin İtaliya, Yunanıstan və Albaniyada icrasından da danışıb: "TAP-ın Yunanıstan və Albaniyada inşası üçün lazım olan 473 və 162 km uzunluğunda borular müvafiq olaraq artıq çəkilib. 457 və 156 km-lik hissələrdə isə qaynaq işləri başa çatıb".
İtaliyaya gəlincə, direktor deyib ki, burada TAP-ın reallaşması çərçivəsində mikrotunellərin tikintisi üçün meydançaların hazırlanması işləri yekunlaşıb.
Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsidir və Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşdiriləcək: boru kəməri Yunanıstan və Albaniya əraziləri, Adriatik dənizinin dibi ilə çəkiləcək və İtaliyanın cənubuna istiqamətlənəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Azərbaycanda əhalinin banklarda əmanəti daha çox xarici valyutadadır
17.07.2019
SOCAR ikinci rübdə 41 min metrdən çox 3 qazma işi aparıb
17.07.2019
Azərbaycan 5 ayda 1 milyard dollarlıq təbii qaz ixrac edib
17.07.2019
SOCAR İstiqrazlarının sahibləri 13.75 milyon dollar qazanıb
17.07.2019
Magistral kəmərlərlə təbii qaz nəqli 20 faizədək artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info