Ermənistan prezidenti 9 ildir ki, Davosa gedə bilmir
Tarix: 13.01.2018 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


“Armenianreport.com” Ermənistanın forumda iştirak etməməsinin səbəbini açıqlayıb:
“Ermənistanın deməyə sözü yoxdur, ən pisi isə odur ki, heç kim onu dinləmək istəmir”

Ənənəvi olaraq keçirilən Davos forumu dünyanın siyasi və iqtisadi elitasını bir araya gətirir. Foruma qatılan dövlət və hökumət başçıları siyasi-iqtisadi sahədə əməkdaşlıqla bağlı səmərəli müzakirələr aparırlar. Bu müzakirələrdə dünyadakı inkişaf meyilləri, iqtisadi trendlər, maliyyə, enerji sahəsində vəziyyət, nəqliyyat dəhlizləri kimi məsələlər əsas yeri tutur.

Dövlət və hökumət başçıları ilə yanaşı, foruma dünyanın nüfuzlu şirkətlərinin nümayəndələri də qatılır ki, bu da forumu yeni iqtisadi əməkdaşlıq formatları tapmaq, investisiya layihələrini müzakirə etmək baxımından vacib platformaya çevirir. Nüfuzlu dünya şirkətlərinin rəhbərləri onlar üçün investisiya yatırmaq baxımından maraqlı olan dövlət rəhbərləri ilə görüşlər keçirir, investisiya imkanlarını araşdırırlar. Bu isə bir çox halda həmin şirkətlərin danışıqlar apardığı dövlətlərə investisiya yatırımları ilə nəticələnir.

Davos forumunda Azərbaycan liderinə həmişə böyük diqqət göstərilir
Davos İqtisadi Forumu isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvebs 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlandı. 1987-ci ildən etibarən forum Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb. Davos forumu üçün ənənəvi şəkildə illik keçirilən görüşlər xarakterikdir. DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir.

“Bizim qonşularımız- Azərbaycan və Gürcüstan müntəzəm şəkildə belə platformaların resurslarından, perspektiv və potensialından istifadə edirlər. Ermənistan isə çox miskin vəziyyətdədir”

1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən "dövlətlərin qlobal rəqabətə davamlılığı" adlı məruzə hazırlanılır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında - potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir. Azərbaycan dövlət başçısı İlham Əliyev Davos forumunda müntəzəm şəkildə iştirak edir. Azərbaycan dövlət başçısına forumda həmişə xüsusi diqqət göstərilir. Ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlar forum iştirakçıları tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu siyasət, reallaşan nəhəng layihələr, yoxsulluq və işsizliyin minimum səviyyəyə endirilməsi kimi məsələlər geniş müzakirə mövzusu olur. Prezident İlham Əliyev burada iştirak edən müxtəlif ölkələrin dövlət və hökumət başçıları, iri şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri ilə görüşlərdə ölkəmizin əldə etdiyi uğurlar barədə ətraflı məlumat verir. Forumda iştirak edən nüfuzlu dövlət rəsmiləri və iri şirkətlərin rəhbərləri daim Azərbaycan lideri ilə görüşə böyük diqqət ayırırlar. Forum Azərbaycanın iqtisadi imkanlarının, investisiya mühitinin dünyaya təqdim edilməsi baxımından unikal platformadır. Bu il də forum ənənəvi tarixində yanvarın 23-26-sı tarixlərində təşkil ediləcək.
Tramp forumda 7 naziri ilə iştirak edəcək
Artıq bəllidir ki, ABŞ dövlət başçısı Donald Tramp forumda iştirak edəcək. Bu, foruma qatılacaq ikinci ABŞ prezident olacaq. Ondan əvvəl 2000-ci ildə Bill Klinton Davos İqtisadi Forumunda iştirak edib. Ağ Evin yaydığı məlumatda qeyd edilir ki, Trampı səfərdə 7 nazir müşayiət edəcək. Heyətə maliyyə naziri Stiven Mnuçin, dövlət katibi Tillerson, ticarət naziri Aleks Akosta, nəqliyyat naxiri Eleyn Çao, enerji naziri Rik Perri, daxili təhlükəsizlik naziri Kristen Nilsen, ABŞ-ın ticarət nümayəndəsi Robert Laytxayzer daxildir. Trampın daxili təhlükəsizlik və terrorizmə qarşı mübarizə üzrə köməkçisi Tomas Bossert, USAİD-in administratoru Marq Qrin və baş məsləhətçi Kuşner və Davosda Trampla bərabər olacaq. ABŞ dövlət başçısının da foruma qatılması toplantının siyasi əhəmiyyətini artırmaqla yanaşı, onu medianın bir nömrəli hadisəsinə çevirəcək.

“Ermənistan dünyada baş verən proseslərdən kənarda qalıb”
Trampın bu qərarından sonra işğalçı Ermənistanda yeni müzakirə başlayıb-nəyə görə Ermənistan Davos forumunda iştirak etmir? “Armenianreport.com” yazır ki, dünyanın siyasi və iqtisadi elitasının bir araya gələrək strateji əhəmiyyət kəsb edən məsələləri, mövcud çağırışları müzakirə etdiyi platformada Ermənistan təmsil olunmur: “Ermənistan forumda sonuncu dəfə 2009-cu ldə iştirak edib. Deməli, Ermənistanın forumda deməyə sözü olmadığı üçün artıq 9 ildir ki, dalbadal sammitin işində təmsil olunmur. Problem ondadır ki, Davosa toplaşan siyasi liderlərin, biznes-elitanın danışmağa sözü olduğu kimi, onları dinləmək istəyənlər də var. Dünyanın iqtisadi həyatında nə baş verdiyini onlardan dinləmək istəyirlər. Görünür,

“Ermənistan yerində eşələnməklə məşğul olaraq dünyada özünü Rusiyadankənar müstəqil faktor kimi, təqdim etmək üçün heç nə etmir”

Ermənistanın deməyə sözü yoxdur, ən pisi isə odur ki, heç kim onu dinləmək istəmir. Davosda yeni əlaqələr yarıdılır, investisiya imkanları açılır. Bizim hakimiyyət, yəqin belə qarara gəlib ki, bizdə bunların heç biri yoxdur, iqtisadi həyatda heç bir keyfiyyət dəyişikliyi gözlənilmir və onların islahat aparmaq vədi üçün belə, resursu yoxdur. Ermənistan dünyada baş verən proseslərdən kənarda qalıb. İqtisadi problemlərin həlli ilə yanaşı, Davos forumu siyasi və iqtisadi inteqrasiya, beynəlxalq kommunikasiya üçün unikal imkandır. Heç bir şübhə yoxdur ki, Ermənistan bu il də forumda iştirak etməyəcək. Bu sammit heç vaxt Sərkisyanın prioriteti olmayıb. Karen Karapetyan isə Avropanı sevmir, and içib ki, Qərb ölkələrinə səfər etməyəcək. Bizim qonşularımız- Azərbaycan və Gürcüstan müntəzəm şəkildə belə platformaların resurslarından, perspektiv və potensialından istifadə edirlər. Ermənistanın gündəmi çox miskin vəziyyətdədir. Avropa İttifaqı ilə saziş imzalayan ölkənin xarici siyasi və iqtisadi münasibətləri gərək diversifikasiya olunsun. Ermənistan beynəlxalq münasibətlərə özünün subyekt kimi əhəmiyyətini artırmaq, dünyada özünü Rusiyadankənar müstəqil faktor təqdim etmək üçün heç nə etmir. Qərb periodik şəkildə Ermənistana şans verərək yeni yollar açır. Amma Ermənistan yerində eşələnməklə məşğul olaraq, yeni statusa uyğun olaraq daxili islahatlar və ya xarici kreativ siyasət həyata keçirmir. Yanvarın 16-da Tramp Vaşinqtonda Qazaxıstan dövlət başçısı Nazarbayevi qəbul edəcək. Qazaxıstan Avrasiya İttifaqının üzvü olsa da, dünya onu subyekt kimi qiymətləndirdiyi halda, Ermənistanla bağlı məsələləri Rusiya ilə müzakirə etməyə üstünlük verir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Ermənistanın üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi təmin edilməlidir
17.10.2018
Beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
15.10.2018
“Ermənistanın yeni hökuməti idarəçiliyə peşəkarları cəlb etmir”
08.10.2018
Ermənistanda maaş və pensiyalarda heç bir artım gözlənilmir
05.10.2018
Cocuq Mərcanlıda istehsal olunacaq suvenirlər ölkəmizlə yanaşı, xaricdə də satışa çıxarılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10302

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info