Oligarxik qruplar Serj Sərkisyandan razıdır
Tarix: 13.01.2018 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


“Serj Sərkisyan hazıkı hakimiyyətini saxlamağa, prezident vəzifəsindən getsə də baş nazir vəzifəsini tutmağa çalışır”. Ermənilərin “Lragir.am” saytına danışan erkspert Levon Şirinyan Ermənistandakı respublikacıların, guya Serı Sərkisyanın “əvəzedilməz” oldugunu iddia etmələrinə münasibət bildirib: “Təbii ki, tarixdə ömrünün sonuna qədər hakimiyyətdə olan siyasətçilər olub. Məsələn, Almaniyada Adenauer Hitlerdən sonra ölkəni dirçəltdi. Onlar bunu qanunları pozmadan ediblər. Bu, dövlətin institusional inkişafıdır. Bizdə isə tam fərqli hadisələr baş verir . Mən bunu Ermənistan üşün heç cürə institusional inkişaf kimi dəyərləndirə bilmərəm”.
Sayt əməkdaşının ölkədə aprel ayına qədər kataklizmin mümkünlüyü barədə sualı cavablandıran erməni ekspert deyir ki, bizdə kataklizm istənilən vaxt, özü də gözlənilməz şəkildə baş verə bilər: “Siz Aprel müharibəsini xatırlayırsınızmı? Onda hakimiyyət əhalini hər hansı bir müharibənin olmayacağına inandırmışdı. Lakin müharibə baş verdi. Bu gün eyni hadisələr daxili siyasətdə də ola bilər. İnsanlar hələ ki, Yeni ildə aldıqları ehtiyat azuqələrdən yararlandıqları üçün ökədəki qiymət artımını o qədər də hiss etmirlər. Uzağı 10 gündən sonra onlar bu bahalıgı tam hiss edəcəklər. Sonra Ermənistanda üsyanın baş verməsi qaçılmaz olacaq. Doğrudur, bu gün bəziləri ölkə əhalisinin süstlüyü barədə danışsa da, mən bunlara o qədər də inanmıram”.
Əməkdaşın erməni ekspertə ünvanladıgı növbəti sual Serj Sərkisyanın baş nazirin yoxlugu ərəfəsində keçirdiyi toplantı ilə baglı olsa da, əsas sual kimi, “Bu gün Ermənistanda inflyasiya ehtimalı varmı?”-deyə soruşur.
Levon Şirinyanın cavabı isə, “məgər Ermənistanda baş nazirin hər hansı bir səlahiyyəti varmı?”-olur: “Ermənistan avtoritar bir ölkədir, hər şey bir nəfər tərəfindən həll edilir. Bir daha xatırladım ki, bu gün Ermənistan institusional inkişaf etmir, ölkəni oliqarxlar, yalançı-intellektuallar, bəlkə hərbi liderlər idarə edirlər. Onlar hələ də ümidlidirlər. Başqa sözlə, prezident Serj Sərkisyan ölkədə heç bir “форс-мажор” (fəlakət) olmayacağı təqdirdə baş nazir olacaq. Hazırkı baş nazir Карен Карапетyanın sonrakı taleyi, bu gün, mənim üçün də müəmmalı olaraq qalır. Bir daha xatırladım ki, Ermənistan oliqarxik bir ölkə kimi daxili bir razılığa imza atıb. Hazırda oligarxik qruplar arasındakı fikir ayrılıqları ilk şəxsin yeri üçün deyil, kvotalar üçün baş verir. Bu gün Serj Sərkisyan da oligarxik qruplardan tamamilə razıdır,
Yadınızdadırsa, 97-ci ildə Levon Ter-Petrosyan hakimiyyəti oliqarxları təmin etmədiyi üçün onu hakimiyyətdən uzaqlaşdırdılar. Çünki, Levon Ter-Petrosyan onların tələblərini cavab verə bilmədi. Belə görünür ki, onlar Serj Sərkisyandan razıdırlar”-deyə Levon Şirinyan bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Gürcüstanda parlamentin sədri dəyişdi
25.06.2019
Qazaxıstanda yaşayan azərbaycanlılardan xeyriyyəçilik təşəbbüsü
25.06.2019
Robert Koçaryan yenidən həbs edildi
25.06.2019
Qazaxıstanda IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu keçirilib
25.06.2019
Ərdoğan: “Türkiyə S-400 zenit-raket komplekslərini iyul ayından almağa başlayacaq”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info