Sumqayıt Parkına 400 milyon dollar sərmayə yatırılacaq
Tarix: 22.05.2013 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Yaxın 3 il ərzində Sumqayıt Texnoloji Parkına 400 mln. ABŞ dolları həcmində investisiya yatırılacaq. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bəyan edib. R.Abdullayevin sözlərinə görə, parkdakı müəssisələrdə 7-10 min yeni iş yerləri açılacaq ki, bu da həmin regionun işsizlik probleminin həllinə dəstək olacaq. R.Abdullayev bildirib ki, hazırda İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə parka özəl müəssisələrin cəlb edilməsi ilə bağlı işlər aparılır və yaxın zamanlarda təkliflərin qəbuluna başlanılacaq. ARDNŞ prezidentinin sözlərinə görə, Sumqayıt Texnoloji Parkında istehsal olunacaq etilen-propilen və etilen-polietilen məhsulları həm ölkənin daxili tələbatını ödəyəcək, həm də ixraca yönəldiləcək. Rövnəq Abdullayev qeyd edib ki, ARDNŞ bp şirkəti ilə birlikdə Xəzər dənizində yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda neft hasilatının sabitləşməsinə dair proqram hazırlayır. Proqram iki mərhələdən ibarət olacaq və 2014-2024-cü illəri və 2024-cü ildən sazişin tam başa çatanadək olan müddətləri əhatə edəcək. R.Abdullayev bildirib ki, hazırda blokda neft hasilatının həcmi gündə 95 min tona bərabərdir, bu da illik 33 mln. ton deməkdir və normal göstəricidir. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Bakı şəhərinin qaz təsərrüfatının vəziyyətinin yaxşılaşdırılması üzrə işlərə başlanıldığını da qeyd edib. Aparılan kompleks işlər nəticəsində Bakı şəhərinin qaz təminatında bütün problemlər həll olunacaq və qaz təminatı yaxşılaşacaq.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info