Qəbələdə 1217 hektar sahədə fındıq bağı salınıb
Tarix: 14.01.2018 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı göstərişindən sonra Qəbələ rayonunda əhali tərəfindən yeni fındıq bağlarının salınmasına böyük maraq göstərilir. Artıq bir ildir ki, rayonda kənd təsərrüfatının ixrac potensialı yüksək olan fındıqçılıq sahəsinin inkişaf etdirilməsi üçün yeni bağlar salınır. Plana uyğun olaraq Qəbələdə 2 min hektar sahədə yeni fındıq bağının salınması nəzərdə tutulub.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, son iki ay ərzində Mirzəbəyli, Zərgərli, Tikanlı, Nic, Mıxlıqovaq, Solqıca, Bum və digər kəndlərin sakinləri istifadə etdikləri və bələdiyyə mülkiyyətində olan boş torpaq sahələrini kol-kosdan təmizləyərək əraziyə fındıq tingləri əkiblər. Tinglər kəndlilərin fərdi təsərrüfatlarında yetişdirilərək yeni bağlara köçürülüb. Ümumilikdə 317 hektar sahədə fındıq bağı salınıb.
“Gilan Holdinq” tərəfindən də rayonda böyük fındıq bağlarının salınması üçün tərdbirlər görülür. Bu il şirkət tərəfindən 50 hektar fındıq bağı salınıb. Son bir ildə isə Qəbələdə 1217 hektar sahədə yeni fındıq bağı salınıb.
Bölgənin ən böyük fındıqçılıq rayonu olan Qəbələnin 20-ə yaxın kəndində əhali arasında geniş maarifləndirmə işləri aparılmaqla yanaşı kütləvi şəkildə fındıq tinglərinin əkilməsi işləri həyata keçirilib.
Qeyd edək ki, 2017-ci ildə Qəbələdə mövcud olan 4678 hektar fındıq bağından 9 min 800 ton məhsul yığılıb. Kəndlilər məhsulu yerli bazarlara çıxarmaqla yanaşı bir kiloqramını 3 manata Qəbələ Fındıq Emalı Zavodunun yerli fındıq qəbulu məntəqələrinə satıblar. Rayonda fındıq emalı zavodunun fəaliyyət göstərməsi kəndlilərin ildən-ilə fındıq bağlarını daha da genişləndirməyə və məhsuldarlığı artırmağa həvəsləndirir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info