Sərhədçi ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır
Tarix: 14.01.2018 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Muxtar respublikada sərhəd xidmətinin təkmilləşdirilməsi ilə yanaşı, sərhədçi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyindəki xidməti yaşayış binasının əsaslı şəkildə yenidən qurulması da bu sahədə görülən işlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 14-də sərhədçi ailələri üçün nəzərdə tutulan xidməti yaşayış binası əsaslı yenidənqurma işlərində sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək deyib ki, muxtar respublikada aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri ilə bərabər, hərbi hissələrdə zabit və gizir ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdən kənarda qalmayıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının ərazisindəki yaşayış binasının əsaslı şəkildə yenidən qurulması da bu tədbirlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni ildə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında xidməti yaşayış binasının yenidənqurma işlərində sonra istifadəyə verilməsi münasibətilə sərhədçi ailələrini təbrik edərək deyib: Ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət göstərilir, xidmətin təşkili üçün hərtərəfli şərait yaradılır. Bununla yanaşı, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, yeni yaşayış binaları tikilir, mövcud yaşayış binaları yenidən qurulur, qüsursuz xidmət edən hərbi qulluqçulara mənzillər verilir. Bütün bunlar da Azərbaycan dövlətinin orduya və zabit ailələrinə göstərdiyi qayğının, ordu quruculuğu sahəsində görülən işlərin nümunəsidir.
Ali Məclisin Sədri deyib: “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında və zastavalarda geniş quruculuq işləri aparılmış, müasir infrastruktur yaradılmışdır. Muxtar respublikada sərhəd xidməti təkmilləşdirilməklə yanaşı, sərhədçi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır. Bu gün istifadəyə verilən yaşayış binası Sovet dövründə tikildiyi üçün istismar müddətini başa vurmuşdu. Ona görə də binada yenidənqurma işlərinin aparılmasına ehtiyac yaranmışdı. Naxçıvan Muxtar Respublikası büdcəsinin qənaəti hesabına yaşayış binasında yenidənqurma işləri aparıldı, sərhədçi ailələri üçün müasir və təhlükəsiz yaşayış şəraiti yaradıldı. Yaradılan bu abadlığı qorumaq, təmizliyə və səliqə-sahmana diqqət yetirmək isə binada yaşayan ailələrin üzərin düşən vəzifədir.
“Ölkəmizin sərhədlərini qoruyan zabit ailələri üçün yaradılan bu şərait, eyni zamanda Azərbaycan dövlətinin öz ordusuna, onun zabitlərinə və ailələrinə göstərdiyi qayğının daha bir ifadəsidir”, - deyən Ali Məclisin Sədri bir daha sərhədçi ailələrini təbrik edib.
Sərhədçi ailələri adından minnətdarlıq edən Aytən Quliyeva deyib: Muxtar respublikada aparılan geniş quruculuq işləri “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasını da əhatə edib. Yaşadığımız hərbi şəhərcikdə hərtərəfli şərait yaradılıb. Bu gün müasir mənzillər sərhədçi ailələrinin istifadəsinə verilir. Görülən işlər, yaradılan şərait rahat yaşayışımızı təmin edir. Aytən Quliyeva doğum günü münasibətilə bütün sərhədçi ailələri adından Ali Məclisin Sədrinə təbriklərini çatdırıb.
Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, bina zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarətdir. 65 mənzilli və 6 girişdən ibarət olan binada elektrik, qaz, rabitə, su və kanalizasiya xətləri yenilənib, mənzillərin giriş qapıları və pəncərələri, eləcə də binanın giriş qapıları və dam örtüyü tamamilə dəyişdirilib, izolyasiya qatı verilib, pilləkənlər əsaslı təmir olunub. Dəmir-beton konstruksiyalarla möhkəmləndirilən binanın fasadına travertin üzlük çəkilib.
Binanın həyətində də abadlıq işləri aparılıb, yeni park salınıb, uşaq əyləncə qurğuları istifadəyə verilib.
Həmin gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyindəki digər yaşayış binasında 2 zabit ailəsi mənzillə təmin olunub.
Ali Məclisin Sədrinə məlumat verilib ki, üç və dörd otaqlı mənzillərin hər ikisində əsaslı təmir işləri aparılıb, lazımi kommunal məişət şəraiti yaradılıb.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info