Fransızlar yüz ildən sonra Rusiyadan borclarını tələb edirlər
Tarix: 15.01.2018 | Saat: 03:04:00 | E-mail | Çapa göndər


Fransada 400 mindən artıq yerli sakin Rusiyadan Çar dövründə bu ölkəyə yatırdıqları istiqrazları geri tələb edirlər. Beynəlxalq Fransız Radiosunun yaydığı məlumata görə. Rusiyadan tələb olunan məbləğ təqribən 30 milyard avro təşkil edir. Qeyd edək ki, Rusiya və Fransa arasındakı razılaşmaya baxmayaraq, fransız investorlar məsələnin hələ də bağlanmadığını düşünmürlər. Axı Rusiya “müflis olmaqdan hələ ki, uzaqdir”-deyə onlar bildirirlər.
Beynəlxalq Fransız Radiosu tam 100 il əvvəl, 1918-ci ilin yanvarında Leninin "Çar borclarını ödəməkdən imtina" haqqında fərman imzaladığını xatırladaraq, "beləliklə, XIX əsrin ikinci yarısında Rusiya iqtisadiyyatının modernləşdirilməsinə yönələn böyük məbləğlər ödınilmədi”-deyir və əlavə edir ki, “bunun nəticəsində yüz minlərlə istiqraz sahibləri bərbad günə qaldılar”.
Artıq yüz ildən sonra Çar dövründə Rusiyada veksellər almış fransızların övladları ata-baba sərmayələri üçün kompensasiya tələb edirlər.
Tarixə müraciət etsək, görərik ki, 1867-ci ildə Rusiyanın dəmiryolu şirkətləri qızılla təmin edilmiş dövlət istiqrazlarının buraxılmasına başlayıb: “30 il ərzində fransız investorları bu layihəyə 15 milyard frank sərmayə yatırıblar ki, bu da bugünki valyuta ilə 53 milyard avroya bərabərdir”. Bunları da Beynəlxalq Fransız Radiosu bəyan edib.
“1974-cü ildə babam mənə xeyli sənədlə dolu bir qovluq verərək dedi ki, “bir gün bütün bunlar ödəniləcək və bu mənfəət sizə çatacaq”-deyə istiqraz sahiblərindən biri olan fransız Kristiana Ledoyen bildirib.
Radio, bu gün Fransada Çar istiqrazlar üzrə ödənişlər tələb edən təxminən 400 minə yaxın sakin olduğunu bildirib.
Beynəlxalq Federasiya Assosasiyasının prezidenti Erik Sanitasın sözlərinə görə, dövlət borclarında heç bir məhdudiyyət yoxdur. O, ödənilməlidir. Oyunun qaydaları budur.
Beləliklə, deyəsən "tarixin ən böyük maliyyə qalmaqallarından" biri özünə diqqət yetirməkdə davam edir. Bu da fransız radiosunun gəldiyi qənaətdir.
Agasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info