SDU-da “Açıq qapı” günü keçirilib
Tarix: 15.01.2018 | Saat: 15:10:00 | E-mail | Çapa göndər


Sumqayıt Dövlət Universitetinin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, qeyri-hökumət təşkilatları və KİV-lərin nümayəndələrinin iştirakı ilə 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına dair növbəti “Açıq qapı” günü keçirilib.

Qonaqları rektor, professor Elxan Hüseynov qəbul edərək, imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq barədə məlumat verib. Rektor Elxan Hüseynov qonaqlara həmçinin Sumqayıt Dövlət Universitetinin 55 ildə keçdiyi inkişaf yolundan, bu illər ərzində əldə etdiyi uğurlardan, qarşıda duran vəzifələrdən, beynəlxalq əlaqələrindən və ali məktəbin dünyanın bir çox universitetləri ilə sıx əlaqələrindən bəhs edib.
Bildirilib ki, yaxın zamanda Sumqayıt Dövlət Universitetinin inşa ediləcək iki yeni tədris binalarının təməlqoyma mərasimi keçiriləcək. Bütün bu uğurlar onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir və Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Sonra nümayəndə heyəti Mühəndislik, Tarix və coğrafiya, İqtisadiyyat və idarəetmə, Riyaziyyat, Kimya və biologiya fakültələri üzrə keçirilən imtahan auditoriyalarında valideynlərin də imtahan prosesini müşahidə etdiklərini görüblər.
Onlar tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanıb, yazılı imtahan işlərinin kodlaşdırılması otağında olub, imtahanların obyektiv keçirilməsi barədə fikir mübadiləsi aparıblar. Tələbələr də öz növbələrində yaradılan şəraitdən və imtahanların gedişindən razı qaldıqlarını bildiriblər. Sonda İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri qərara gəliblər ki, imtahanın sessiyasını gedişini mütəmadi izləyəcəklər.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info