BMU sənaye müəssisələri ilə əlaqələrini genişləndirir
Tarix: 15.01.2018 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Bakı Mühəndislik Universiteti (BMU) ilə “ATL İnfoTech” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu məqsədlə “ATL İnfoTech” MMC-nin idarə heyətinin sədri Rəşad Mirzəyev və texniki direktoru Vurğun Hacıyev universitetin qonağı olub.
BMU-dan bildirilib ki, ali məktəbin rektoru, professor Havar Məmmədov qonaqlara universitet haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, universitetdə müasir texnologiyalı sənaye müəssisələrində işləmək bacarığında olan kadr hazırlığı həyata keçirilir. Gənc və müasir elmi bilikli akademik heyətin, maddi-texniki bazanın olması və sənaye-universitet əlaqələrinin düzgün qurulması kadr hazırlığında uğurun əsasını təşkil edir.
“ATL İnfoTech” MMC-nin idarə heyətinin sədri Rəşad Mirzəyev BMU-nun iş dünyası ilə əlaqələrinin qurulması təşəbbüsünü yüksək qiymətləndirib, bu əlaqələrin sənaye müəssisələri üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, rəhbərlik etdiyi şirkət və həyata keçirdikləri layihələr haqqında ətraflı məlumat verib.
Görüşün sonunda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu razılaşma “ATL İnfoTech” MMC-nin sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin universitetdə istifadəsinə, universitet müəllimlərinin və tələbələrinin “ATL İnfoTech” MMC-nin fəaliyyətinə, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsinə, dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafında tətbiqinə, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsi məqsədi daşıyır.
Qeyd edək ki, 2013-cü ildə təsis edilən "ATL İnfoTech" MMC informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info