Amnistiya aktı ilkin mərhələdə 2500-dən çox məhkuma şamil ediləcək
Tarix: 22.05.2013 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


“Hazırda Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində 17-18 min məhkum cəza çəkir. Azərbaycanda qəbul edilən Amnistiya aktının isə ilkin mərhələdə təxminən 2500-2800 nəfər məhkuma şamil olunacağı gözlənilir”. Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qeydiyyat şöbəsinin rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov bildirib.
R.Ramazanovun sözlərinə görə, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində ümumilikdə nə qədər məhkumun azad olunması onların yüngülləşdirici hallara dair təqdim edəcəkləri sənədlərdən, həkim, prokuror rəylərindən və məhkəmə qərarlarından asılıdır.
Ümumilikdə isə Amnistiya qərarı 9 min nəfərdən çox insanı əhatə edəcək. Belə ki, qərar məhkum olunub islah işlərinə cəlb edilənlərə, şərti məhkum olunanlara, məhkumluğu təxirə salınanlara, cərimə cəzasına məhkum olunmuşlara da tətbiq olunur. R.Ramazanov əlavə edib ki, Amnistiya, ilk növbədə, ağır cinayət törətməyən və müəyyən imtiyazı olanlara - qadınlara, cinayət törədərkən 18 yaşına çatmamış yeniyetmələrə, qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslərə, öhdəsində yetkinlik yaşına çatmamış övladı olanlara, 1-ci və 2-ci qrup əlil övladı olan kişilərə, İkinci Dünya Müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda vuruşmuş, Azərbaycan SSR və keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş, həmin dövrdə repressiyaya məruz qalmış və s. şəxslərə şamil ediləcək. Amnistiyanın məhkumlar arasında məcburi müalicəyə cəlb edilmiş şəxslərə şamil edilməsinə gəlincə, şöbə rəisi bildirib ki, həmin şəxslərin əksəriyyəti Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum ediliblər ki, bu da ağır yox, yüngül cinayət hesab edildiyindən qərar onlara da şamil edilir: "Onlar cəza çəkərkən də müalicə olunurlar. Məcburi müalicədən keçdikdən sonra rayon məhkəməsi tərəfindən qərar qəbul olunmalıdır ki, onların müalicəsi bitib. Narkotik maddə asılılığı olan həmin şəxslərin üzərindən məcburi müalicə götürüləndən sonra Amnistiya onlara da şamil olunacaq. Amnistiya aktının icrası üçün 4 ay vaxt verilməsinə baxmayaraq, onlar üçün bu müddət 6 ayadək davam edə bilər".




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info