Britaniyanın ən böyük inşaat şirkəti bağlanır
Tarix: 15.01.2018 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Britaniyanın ən böyük inşaat şirkəti “Carillion” bağlanır.
AZƏRTAC xəbər verir ki, şirkətin bağlanma qərarı kreditorlar ilə hökumət arasındakı danışıqlardan sonra verilib. Hökumət şirkətin bağlanmaması üçün lazımi maliyyəni təchiz edə bilmir. Lakin ictimai xidmətlərin davamı üçün maddi yardım göstərəcək.
“Carillion” şirkəti Britaniyada və bir neçə xarici ölkədə sürət qatarları üçün xətlərin çəkilişi, məktəb və həbsxana inşaatları kimi böyük layihələrin əsas təsisçisi olub. Britaniya Müdafiə Nazirliyi üçün 50 minə yaxın evin tikilişində də bu şirkət iştirak edib. Şirkətin dünyada 43 min, Britaniyada 20 minə yaxın işçisi var. Şirkət bağlandıqdan sonra onun bir neçə müqaviləsinin başqa şirkətlər tərəfindən alınması nəzərdə tutulub. Satılmayan layihələr isə ləğv ediləcək.
Şirkətin sədri Filip Qrin açıqlamasında rəhbərlik etdiyi şirkətin bağlanmasının bütün işçilər, müştərilər və təchizatçılar üçün kədərli olduğunu dilə gətirib. Qeyd edilib ki, bu, minlərlə iş yerinin bağlanması deməkdir. Bildirib ki, şirkət biznes planlarını həyata keçirmək üçün lazımı maliyyə vəsaitini tapa bilməyib və bu qərar məcburiyyətdən verilib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info