“Dunya.com”: “Bu il kənd təsərrüfatı məhsullarının qiyməti artacaq”
Tarix: 16.01.2018 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Aqrar sektora göstərilən diqqət iş yerlərinin yaradılması ilə yanaşı ixrac potensialını da artırır

Dünyada kənd təsərrüfatı məhsullarına artan tələb bu sektorun daha da inkişafı üçün imkanlar yaradır. Artıq investorlar bu sahəyə daha çox sərmayə qoymaqla gəlir əldə etməyə çalışırlar. “Dunya.com” saytının yaydığı xəbərə görə, ötən il bu sektorda bəzi geriləmələr olsa da 2018-ci ildə kənd təsərrüfatında dirçəliş özünü göstərəcək.

Ötən il metalın qiymətlərində baş verən güclü artımdan fərqli olaraq, kənd təsərrüfatı məhsulları bazarlarında investorlar itki ilə üzləşib. İstehsal artımı həm taxılları, həm də tropik məhsullar olaraq adlandırılan qəhvə, kakao kimi məhsulların qiymətlərinə təsir göstərib. Bu il isə kənd təsərrüfatı məhsulları bazarında daha müsbət bir irəliləyiş proqnozlaşdırılır. Analitiklərin fikrincə, bu il qiymətləri dəstəkləyəcək dörd amil özünü göstərir: qiymətlərin aşağı səviyyəyə düşməsinin istehsal sahələrindəki artımı məhdudlaşdıracaq olması, iqtisadi inkişafa paralel olaraq tələbin artması, Latın Amerikasına quraqlıq, Avstraliyaya isə həddindən artıq yağış gətirməsi gözlənilən La Ninanın yaradacağı risklər və investorun kənd təsərrüfatı məhsullarına marağının davam etməsidir.
Ötən il əmtəə bazarında investorun itki ilə qarşılaşdığı 22,2 faiz ilə şəkər sahəsi olub. Şəkəri, 11 faiz ilə kakao, 7,9 faiz ilə qəhvə, 4,4 faiz ilə soya paxlası və 0,3 faiz ilə qarğıdalı təqib edib. S & P GCSI əkinçilik indeksi isə ilin əvvəlindən indiyədək 0,3 faiz geriləyib. Ancaq 2018-ci il daim belə olmayacaq. Aralarında “Rabobank”, ABN Amro, Cohen & Steer, “Goldman Sachs”-ın olduğu maliyyə qurumları 2018-ci ildə kənd təsərrüfatı məhsullarında qiymətlərin psixoloji maneələrə aşa biləcəyini bildiriblər.
Kənd təsərrüfatı məhsullarının gəlirlərinin ötən il təxminən 13 faiz azaldığını açıqlayan “Goldman Sachs” 2018-ci ildə bəzi məhsulların qiymətlərinin yüksələcəyini bildirib. Məsələn, “Goldman”, pambığın qiymətinin 5 sent artaraq 75 sentə çatacağını qeyd edib.
Ümumilikdə kənd təsərrüfatı məhsullarında qiymətlərlə bağlı proqnozlara görə, Çikaqoda qarğıdalı qiymətlərinin 4 dollardan yuxarı səviyyədə ötən ildəkindən daha çox qalması gözlənilir. Pambığa gəldikdə isə qısa müddətdə təzyiq altında qalması mümkündür, lakin uzun müddətdə qlobal kəsir və istehlakda artım ilə bağlı qiymətlər yüksələcək. Buğda isə Çin xaric olmaqla qlobal ehtiyatlarda 7 milyon tona enir. Bu da 2012/13-cü ildən indiyədək bazarda yaranan ilk azalma olacaq və qiymətlərin yuxarıya doğru hərəkət etməsinə imkan verəcək.
Şəkərə gəldikdə isə AB-də istehsal kvotalarının artması qiymətlərə təsir göstərə bilər, lakin enerji qiymətlərindəki artımın etanola tələbi artırması qiymətləri yüksəltmə potensialına malikdir. Soya bitkisi ilə bağlı isə qlobal ehtiyatların azalması qiymətləri dəstəkləyən bir faktordur.

Ötən il kənd təsərrüfatı 4,1 faiz artıb

Ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bu sektorda davamlı irəliləyiş özünü göstərir. Kənd təsərrüfatına dövlət dəstəyinin daha da artırılması, pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün və heyvandarlığın kompleks inkişafının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi üçün 2017-ci ilin dövlət və icmal büdcələrindən üst-üstə 581,0 milyon manat vəsait ayrılıb.
Nazirlər Kabinetinin son iclasında 2018-ci il də kənd təsərrüfatının inkişafı üçün uğurlu olacağının deyən Prezident İlham Əliyev bildirib ki, keçən il kənd təsərrüfatı 4,1 faiz artıb: “Bu, yaxşı göstəricidir. Davos Ümumdünya İqtisadi Forumu da ərzaq təhlükəsizliyi ilə bağlı hesablama aparıb. Ərzaq təhlükəsizliyi indeksinə görə Azərbaycan 57-ci yerdədir. Ərzaq təhlükəsizliyi ilə, xüsusilə taxılçılıqla bağlı əlavə tədbirlər görüləcək ki, biz keçən il olduğu kimi, bu il də idxaldan asılılığı azaldaq və ixracyönümlü məhsulların həcmi artsın. Keçən il bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilib, bir neçə dövlət proqramı qəbul edilib. Biz görürük ki, bu sahələrdə çox böyük inkişaf var”. Ölkə başçısının da qeyd etdiyi kimi bu sahələrə göstərilən diqqət həm iş yerlərinin yaradılmasına gətirib çıxarır, həm də ixrac potensialını artırır. Belə ki, 2017-ci ildə 207 min 391 ton, 2016-cı ildə 89 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığılıb. Yəni, iki il ərzində pambıq istehsalı demək olar ki, səkkiz dəfə artıb və 200 minə yaxın insan pambıqçılıq sahəsində çalışır. 2017-ci ildə pambıq tarlalarının sahəsi 136 min hektarı ötüb, məhsul yığımı isə 2016-cı ilin ümumi göstəricisindən 2,3 dəfə çoxdur.
Şəkər çuğunduru istehsalı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2006-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə şəkər zavodu açılıb. Bu müəssisə MDB məkanında ən böyük hesab edilir və dünyanın aparıcı dövlətləri ilə rəqabətə davam gətirmək məqsədilə zavodun bütün texniki qurğuları yenidən qurulub. İlk dəfə olaraq bu il aylıq məhsul istehsalı 10000 tona, əkin sahələri 14 000 hektara, şəkər çuğundurunun ortalama şəkərlilik dərəcəsi isə 15.1 faizə çatdırılıb. Ölkənin 40-a yaxın rayonunda 4000 nəfərdən artıq fermer şəkər çuğunduru becərir və “Azərsun Holdinq”in bu və digər müəssisələrində istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi adı altında digər ölkələrə də ixrac olunur.
Ölkədə kənd təsərrüfatı bitkilərinin yığımı ilə bağlı yanvar-oktyabr aylarında dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,96%, yaxud 940,4 min hektarından 2 mln. 691,1 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 28,6 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 34,9 min hektar dən üçün qarğıdalı sahəsindən 220,2 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 63,1 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2 mln. 911,3 min ton olub.
Təsərrüfatlarda 2018-ci ilin məhsulu üçün müvafiq işlər görülüb. Bu ilin məhsulu üçün 455,6 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Ümumi əkinin 290 min hektarı və ya 63,7%-i buğda, 162,4 min hektarı və ya 35,6%-i arpa əkinləridir.
Beləliklə, bu gün digər sahələrdə - sitrusçuluq, çayçılıq, çəltikçilik sahələrində də inkişaf özünü göstərir. 2015-ci ildə 200 kiloqram, 2016-cı ildə 70 ton, 2017-ci ildə 245 ton barama tədarük edilib. Bu da kümçülərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərir. Ölkə başçısı vurğulayıb ki, cari ildə bu rəqəm 450-500 tona çatmalıdır və biz ipəkçiliyin şöhrətini bərpa edəcəyik.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info