UNEC-də “Açıq qapı” günü keçirilib
Tarix: 16.01.2018 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


UNEC-də İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib. “Açıq qapı”da ilk dəfə olaraq tələbə və valideynlərin müraciətini yalnız UNEC İctimai Nəzarət Şurasının üzvləri dinləyib. Şura üzvləri imtahanla bağlı müraciətləri dinlədikdən sonra onların araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər. Görüşdə universitet rəhbərliyinə “Açıq qapı”ya daxil olan müraciətlər barədə məlumat verilib. Bildirilib ki, müraciətlər əsasən qayıb limiti, köçürmə halları və imtahan nəticələrinin artırılması ilə bağlı olub. Rektor müraciətlərin həlli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə şura üzvlərinin iştirakı ilə müvafiq komissiyanın yaradılmasını təklif edib. “Açıq qapı” günü ilə bağlı təəssüratlarını bölüşən şura üzvləri ötən illərə nisbətdə bu il müraciətlərin sayının xeyli azaldığına diqqət çəkərək, bunu UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərin müsbət nəticəsi kimi qiymətləndiriblər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info