Azərbaycanın ilk pambıqtəmizləmə zavodu mahlıc ixracına başlayıb
Tarix: 16.01.2018 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk pambıq qəbulu və istehsalı məntəqəsi sayılan Dəliməmmədli pambıqtəmizləmə zavodunun fəaliyyəti bərpa olunub. “Goran Cotton” MMC-nin rəhbəri Rüfət Ruhi AZƏRTAC-a müsahibəsində bildirib ki, hazırda yenidənqurma işləri davam edən müəssisədə dünya bazarı üçün yüksəkkeyfiyyətli mahlıc istehsal edilir. İlk dəfə 1905-ci ildə fəaliyyətə başlayan Dəliməmmədli pambıqtəmizləmə zavodu sovet dövründə ölkənin müxtəlif bölgələrindən, hətta Orta Asiyadan pambıq tədarük edib. Zavod hər il 40 min ton mahlıc istehsal edərək xarici ölkələrə satışını həyata keçirib. Ötən əsrin 90-cı illərindən Azərbaycanda pambıqçılığa marağın azalması zavodun 2008-ci ildə fəaliyyətini dayandırmasına səbəb oldu. Uzun müddət baxımsız qalan istehsal sahəsi 2017-ci ildən fəaliyyətini tədricən bərpa etməyə başlayıb. Bu məqsədlə zavodun sexləri yenidən qurulub, avadanlıqları təzələnib. Goranboy və ətraf rayonlardan olan 40 nəfər sakin isə burada özünə yeni iş yeri tapıb. Rüfət Ruhi qeyd edib ki, ötən il müəssisə 838 hektar ərazidə pambıq əkib. Sahələrdən 1000 ton pambıq tədarük olunub və mahlıc istehsal edilib. Müəssisənin istehsal etdiyi mahlıc çox təmiz olduğu üçün məhsul dünya bazarında da yüksək qiymətləndirilib. Belə ki, müəssisə tərəfindən İsveçrə, Türkiyə, Çin və Sinqapurla müqavilə bağlanıb və həmin ölkələrə mahlıc ixrac edilib. Bu il isə 1500-2000 hektar ərazidə pambıq əkini həyata keçiriləcək. Tədarük olunacaq pambıqdan 300-400 ton mahlıc istehsal etmək və xarici bazara çıxarmaq planlaşdırılır. Həmçinin müəssisə pambıq istehsalı zamanı əldə olunan çiyidin çeşidlənməsini də aparıb. Hazırda 170 ton texniki və əkin üçün yararlı olan çiyid tədarük olunaraq qablaşdırılır. Cari mövsümdə 50 ton toxumluq çiyidin istehsal edildiyini deyən müəssisə rəhbəri qeyd edib ki, hazırda qablaşdırılan çiyidlər fermerlərə 1 kiloqramı 40 qəpikdən satılacaq. Bununla yanaşı, müəssisədə yerli fermerlərə mal-qaranın yemlənməsində istifadə olunan texniki çiyid də təklif ediləcək. “Goran Cotton” MMC-nin rəhbəri bildirib ki, müəssisə bu il fermerlərlə bağlanılan müqavilənin şərtlərini yerinə yetirmək üçün 25-ə yaxın müxtəlif təyinatlı texnikanı işlək vəziyyətə gətirib. Bundan başqa, bölgədə pambıqçılığı daha da inkişaf etdirmək məqsədilə fermerlərə güzəştli şərtlərlə toxum, gübrə və herbisitlər verilib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info