Naxçıvanda qaliblər mükafatlandırılıb
Tarix: 16.01.2018 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Muxtar respublikanın Təhsil Nazirliyində Naxçıvanda keçirilən fənn olimpiadalarının qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən təhsil naziri Məmməd Qəribov hər bir xalqın milli intibahını təmin edən ən zəruri vasitənin təhsil olduğunu bildirib. Ona görə də ölkəmizin bütün regionlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı prioritet istiqamət təşkil edir. Son 20 ildən artıq bir dövrdə təhsil müəssisələri üçün yeni binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması, ümumtəhsil məktəblərinin ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə müsbət təsirini göstərib.
“Təhsilə göstərilən qayğının nəticəsində məktəbi bitirən məzunların göstəriciləri ilbəil yaxşılaşır, ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında 500-700 intervalında bal toplayanların sayı artır”, – deyən nazir qeyd edib ki, fizika, kimya, biologiya, riyaziyyat, Azərbaycan dili və xarici dil fənləri üzrə keçirilən olimpiadada VII-XI sinif şagirdləri iştirak ediblər. Olimpiadanın birinci – rayon (şəhər) mərhələsində 1260 nəfər iştirak edib. Bu mərhələdə qalib olan 296 şagird Naxçıvan şəhərində final mərhələsinə qatılıb. Həmin mərhələdə 94 şagird qalib gəlib. Onlardan 34-ü I, 29-u II, 28-i isə III yerləri qazanıb, 3 nəfər isə həvəsləndirici yerləri tutub.
Sonda qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info