MEK-ə AXC-nin 100 illiyinə həsr olunmuş kitab daxil olub
Tarix: 16.01.2018 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş  “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” adlı kitab daxil olub. Kitabın ideyasının, ön sözünün müəllifi və elmi redaktoru Azərbaycan Respublikasının Prezident Admnistrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd edilməsinə dair sərəncamına əsasən AXC-nin 100 illiyinə töhfə olaraq hazırlanıb.
“Qafqaz Fövqəladə Komissiyasının sənədləri” adlanan və ilk dəfə olaraq ana dilimizdə nəşr olunan diplomatik yazışmalar toplusu 1919-1920-ci illərdə İranla Azərbaycan Xalq Cümhuriyyətinin siyasi əlaqələrinə dair mühüm tarixi mənbələrdən biridir. Topluda həmin dövrdə Bakıda xüsusi diplomatik tapşırıq əsasında Seyid Ziyaəddin Təbatabainin rəhbərliyi ilə fəaliyyət göstərmiş İran nümayəndə heyətinin öz ölkəsinin rəhbərliyinə ünvanladığı məktublar, hesabat və analitik təhlillər öz əksini tapmışdır. Ümumilikdə 98 sənədin cəmləşdiyi toplu yalnız ADR-İran münasibətlərinin deyil, o dövrdə Qafqaz bölgəsində cərəyan edən siyasi proseslərin tədqiqi baxımından da ciddi əhəmiyyətə malikdir. Sənədlərin böyük əksəriyyətinin uzun müddət məxfi xarakter daşıması və geniş ictimaiyyətdən gizli saxlanılması səbəbindən tədqiqatçıların onlarla tanışlığı ADR-in siyasi tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmağa imkan verəcək, həmçinin artıq oturuşmuş sayılan bəzi yanaşmaları yenidən, fərqli bucaq altında nəzərdən keçirməyə sövq edəcəkdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info