İsa Həbibbəyli: “Təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”
Tarix: 16.01.2018 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


“Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu Azərbaycan dilinin 69 maddədən ibarət yeni orfoqrafiya qaydalarının layihəsini hazırlayıb. Akademiyanın ictimaiyyətə təqdim etdiyi və mediada müzakirəyə çıxarılan orfoqrafiya qaydalarının layihəsidir”. Bunu APA-ya AMEA-nın vitse-prezidenti, Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli deyib.
Akademikin sözlərinə görə, geniş ictimaiyyətin, Orfoqrafiya Komissiyasının üzvü olmayan şəxslərin fikri onlar üçün çox böyük əhəmiyyətə malikdir: “Orfoqrafiya qaydalarının layihəsi ilə bağlı mətbuatda çox geniş müzakirələr aparılır. Ümumi müzakirələrdə maraqlı təkliflər, mütəxəssis rəyləri səslənir. Lakin irəli sürülən bir çox tənqidi fikir, təklif qeyri-elmidir, professional deyil. Bəziləri subyektiv mövqedən çıxış edirlər, bu da təbiidir. Hətta sadə bir adamın, dilçilik elmindən anlayışı olmayan şəxsin maraqlı bir fikri olsa, nəzərə alacağıq. Biz bunlara dözümlə, səbirlə yanaşırıq. Bütün təkliflər nəzərə alınaraq Orfoqrafiya Komissiyasında müzakirə ediləcək və  təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”.
İ. Həbibbəyli qeyd edib ki, yanvarın sonuna kimi müzakirələr davam etdiriləcək və fevralın əvvəllərində təkmilləşmiş variant hazırlandıqdan sonra təsdiqlənməsi üçün Nazirlər Kabinetinə göndəriləcək.
Qeyd edək ki, AMEA-nın Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi hazırlanıb. Layihə AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info