Hindistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tezliklə formalaşamasında maraqlıdır
Tarix: 16.01.2018 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


İran ilə Rusiyanın dəmir yollarını birləşdirəcək Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti hazırdır və bu yaxınlarda istismara buraxılacaq.
Bu sözləri İranın yollar və şəhərsalma naziri Abbas Axundi Hindistanda səfərdə olarkən deyib. Səfər çərçivəsində Hindistanın İranın dəmir yollarına 2 milyard dollar həcmində sərmayə yatırmağı haqqında razılıq əldə olunub.
Hindistanlı həmkarı Nitina Hodkariyə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inşası barədə məlumat verən A. Axundi nəzərə çatdırıb ki, 164 kilometrlik Qəzvin-Rəşt dəmir yolunun tikintisi bu ilin mart ayında yekunlaşacaq. Lakin tikinti işləri Rəşt-Astara dəmir yolu xətti üzrə davam edəcək. Nazir bu yolun çəkilişi üçün Azərbaycanın İrana 500 milyon dollar kredit verəcəyini də diqqətə çatdırıb. Qeyd olunub ki, məhz Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) xətti ilə İranın dəmir yolları sistemi Rusiyanın dəmir yolları sistemi ilə birləşəcək ki, bu da Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edəcək.
Hindistanın nəqliyyat naziri N.Hodkari ölkəsinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tezliklə formalaşmasında maraqlı olduğunu nəzərə çatdırıb. Bildirib ki, Hindistan Avropaya ixrac etdiyi yükləri Mumbai limanından İranın Bəndər-Abbas limanına göndərəcək və oradan da yüklər qatarla Rusiya və Şərqi Avropa ölkələrinə daşınacaq. Bu yol olduqca səmərəlidir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info