“Həmkarlarım “Əl-Qaidə” müttəfiqlərinin silahlandırılmasına səs verdilər”
Tarix: 22.05.2013 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


“Foreign Policy” jurnalının “The Cable” bloqunda deyilir ki, amerikalı respublikaçı-senator Rend Pol bildirib: “Vacib an yetişdi. Bu gün siz “Əl-Qaidə” müttəfiqlərini maliyyələşdirəcəksiniz. Taleyin əleyhinə heç bir şey edə bilməyəcəyiniz belə qəribə təsadüflər də olur”.
Rend bu çıxışla senatın beynəlxalq məsələlər üzrə komitəsinin üzvlərinə müraciət edib. Xatırladaq ki, mayın 21-i komitənin 15 üzvü Suriya üsyançılarının silahlandırılması və onların öyrənilməsi hərbi işinə sanksiya nəzərdə tutan qətnaməyə səs verib.
Pol və onun opponentləri ABŞ-ın Suriya üsyançılarını yoxlamaq imkanının olub-olmadığı barədə mübahisə edirlər: “Zəmanət vermək olarmı ki, silahlar və bronjiletlər “Əl-Qaidə” müttəfiqi “Əl-Nüsri” ekstremistlərinin əlinə düşməyəcək?”.
Pentaqon Amerika silahına münaqişə zonasında nəzarətin texniki cəhətdən mümkünlüyünə, ümumiyyətlə, şübhə edir. Lakin qətnamənin digər həmmüəllifi Bob Korker bildirir ki, mötədilləri silahlandırmamaq daha yaxşı təchiz olunmuş “Əl-Nüsri” hökmdarlığına praktiki olaraq zəmanət verməkdir.
Qəzet yazır ki, qətnamədə açıq şəkildə “Rusiyaya işarə edilir”. Həmin qətnamə Əsəd rejimini SA20 və ya S300 tipli yerdən və havadan hücum raketləri ilə təchiz edən təşkilata sanksiya tətbiq etməyi ABŞ administrasiyasının öhdəsinə qoyur.

NURANƏ




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Şri-Lanka hadisələrini DAEŞ boynuna götürdü, amma...
23.04.2019
İŞİD Şri-Lankadakı partlayışlara görə məsuliyyəti üzərinə götürüb
23.04.2019
Hitler Argentinaya qaçıb: FTB gizli sənədləri açıqlayıb
23.04.2019
Şri-Lankada partlayışlarda ölənlərin sayı 310-a çatıb
23.04.2019
Nigeriyada polis avtomobili insanların üzərinə sürüb: 8 ölü, 30 yaralı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info