Dünyanın ən böyük neft şirkətinin Azərbaycanda nümayəndəliyi açılacaq
Tarix: 16.01.2018 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Yaxın vaxtlarda Azərbaycanda Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin nümayəndəliyi fəaliyyətə başlayacaq. Energetika Nazirliyindən verilən məlumata görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu ölkənin energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə də görüşündə bildirilib.
Səfər çərçivəsində energetika naziri P.Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətini bu ölkənin Kralı Salman bin Əbdüləziz Al Səud qəbul edib. Qəbula görə təşəkkürünü bildirən Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Krala ünvanlanmış məktubunu təqdim edib. Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevlə səmimi münasibətlərindən məmnunluğunu bildirib və Azərbaycanın dövlət başçısına onun salamlarını çatdırmağı xahiş edib. Söhbət zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında çoxəsrlik tarixi və mədəni köklərə malik olan əlaqələrin mövcud səviyyəsi yüksək qiymətləndirilib. Qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bütün sahələrdə əməkdaşlıq üçün möhkəm zəmin yaratdığı qeyd edilib. Hər iki ölkənin əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində genişləndirilməsində maraqlı olduğu bildirilib.
P.Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə də görüşüb. Enerji əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə iki ölkənin müvafiq nazirlikləri arasında işçi qrupunun yaradılması ilə bağlı Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyinin irəli sürdüyü təklif Azərbaycan tərəfindən müsbət qarşılanaraq qəbul edilib. Qeyd edilib ki, gələcəkdə enerji sahəsində layihələrin müzakirəsi və reallaşdırılması ilə bağlı məsələlərin həllində belə bir işçi qrupun fəaliyyəti mühüm rol oynayacaq. Xalid Al Falih enerji sahəsində birgə fəaliyyətin gücləndirilməsini təmin edəcək daha bir yenilik barəsində məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanda “Saudi Aramco” şirkətinin nümayəndəliyi fəaliyyətə başlayacaq.
Görüşdə həmçinin neft qiymətlərinin sabitləşməsi prosesində birgə mövqedən çıxış edilməsi və ölkəmizin öhdəliyinə sadiqliyi mühüm məqamlar kimi vurğulanıb. Bildirilib ki, neft bazarının sabitliyinin davamlılığı hasilatın tənzimlənməsinin uzunmüddətli olmasını tələb edir.
Nümayəndə heyətinin səfər proqramına “Saudi Aramco” şirkətinin baş icraçı direktoru Amin Al Nasser ilə görüş də daxil olub. Görüşdə SOCAR-la enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi, hər iki şirkətin iştirakı ilə bir sıra ölkələrdə birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti “Mədən” neft -kimya şirkətinin baş icraçı direktoru Xalid Əl-Mudafier ilə də görüşüb.
P.Şahbazovun Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Cadan ilə baş tutan görüşündə isə Bakının “Expo 2025” Sərgisinə namizəd şəhər olması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Bundan başqa, Səudiyyə Ərəbistanında səfərdə olan ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə katibinin müavini Dan Brouillette ilə də görüş keçirilib. Görüşdə iki ölkənin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Səfər çərçivəsində nazir Səudiyyə Ərəbistanında neft-kimya və neft emalı sahələrində fəaliyyət göstərən istehsalat komplekslərinə də baş çəkib. Kimya məhsullarının istehsalı, satışı və paylanması ilə məşğul olan Səudiyyə Ərəbistanının Əsas Sənaye Korporasiyasında (SABİC) olan nümayəndə heyətinə bu nəhəng sənaye kompleksinin fəaliyyəti barədə geniş məlumat verilib. Kimya Şirkəti (SADARA), Neft Emalı və Neft-kimya zavodu (SATORP) və bu müəssisələrin istehsal gücləri haqqında təqdimatlar dinlənilib.
Nazir həmçinin “Saudi Aramco” şirkətinin Dahranda yerləşən Neft Təchizatını Planlaşdırma və Proqnozlaşdırma (OSPAS), Geoloji Kəşfiyyat və Neft Mühəndisliyi (EXPEC), Kəşfiyyat və hasilat üzrə Peşəkar İnkişaf (UPDC) mərkəzləri ilə də tanış olub, onların fəaliyyət istiqamətləri ilə maraqlanıb.
Səfər zamanı ən böyük neft yataqlarından olan “Manifa” neft yatağına da baxış keçirilib.
Qeyd edək ki, energetika naziri P.Şahbazovu Səudiyyə Ərəbistanına səfərində Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Rasim Rzayev, energetika nazirinin müşaviri Zaur Məmmədov və SOCAR prezidentinin müşaviri Murad Heydərov müşayiət edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info