Naftalan Şəhər Xəstəxanası əhaliyə ən müasir tibbi xidmətlər göstərəcək
Tarix: 16.01.2018 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Səhiyyə Nazirliyinin sifarişi əsasında tikilən və bu il istifadəyə verilməsi nəzərdə tutulan Naftalan Şəhər Xəstəxanasında vətəndaşlara ən müasir tibbi xidmətlər göstərmək mümkün olacaq. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, tikinti işləri “Fərid–inşaat” MMC tərəfindən həyata keçirilir. Dördmərtəbəli şəhər xəstəxanasının inşasında 100 nəfər işçi çalışır. Hazırda binada daş-hörgü işləri tam başa çatdırılıb. Daxildə suvaq işləri aparılır, döşəmə vurulur, tavan qurulur. Binaya kommunikasiya xətlərinin çəkilişi də yekunlaşmaq üzrədir. Xəstəxananın ümumi ərazisi 1,2 hektar, tikinti sahəsi isə 1300 kvadratmetrdir. Binanın ərazisində hər birinin tutumu 300 kubmetr olan iki su anbarının, istilik qazanxanası, nasosxana, yeməkxana və transformator yarımstansiyası binalarının tikintisi nəzərdə tutulub ki, bu işlərin də müəyyən hissəsi artıq yekunlaşıb. Ərazinin ətrafına ümumi uzunluğu 550 metr olan hasarın çəkilişi isə başa çatmaq üzrədir.
Naftalan Şəhər Xəstəxanası 65 çarpayılıq olmaqla, burada şüa-diaqnostika, cərrahiyyə, travmatologiya, terapiya, reanimasiya, mama-ginekologiya, pediatriya, poliklinika və təcili tibbi yardım şöbələri, eləcə də stomatoloji kabinet fəaliyyət göstərəcək.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info