Ermənistanda yaralı əsgərin müalicəsi üçün pul tapılmır
Tarix: 17.01.2018 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


“Armenianreport.com”:
“Müdafiə naziri əsgərin əməliyyatına yardım edilməsi üçün sosial şəbəkə vasitəsilə vətəndaşlardan pul dilənir”

Bir çox erməni ekspertlər qeyd edirlər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayacağı təqdirdə Ermənistan ağır fəlakətlərlə üz-üzə qalacaq. İşğalçı orduda baş verən intiharlar, əsgərlərin öz hərbçi yoldaşlarının güllələnməsinin artması ordunun problemlərini tez-tez gündəmə gətirir. Yaralı əsgərlərə olan biganə münasibət Ermənistan dövlətinin mahiyyətini ortaya qoyur. Yaralı əsgərlərin valideynləri övladlarının müalicəsinə dövlətin heç bir yardım etməməsindən şikayətlənirlər. Amma ötən ilin yanvarında yaralı əsgərlərə kömək üçün yaradılmış “ianə fondu”na yığılan pulların hara xərcləndiyi bəlli deyil.

Bu fond artıq bir ildir ki, ermənilərdən hər ay 1000 dram ianə toplayır. Amma yaralı əsgər ailələri, övladını itirən valideynlər yardım üçün müraciət etdikləri ünvanlarda sanki labirintə düşürlər. Belə ki, övladının ölüm və ya yaralanması ilə bağlı Ermənistan Müdafiə Nazirliyinə müraciət edən valideynlər min cür bəhanə ilə müxtəlif ünvanlara göndərilirlər. “Armenianreport.com” saytı yazır ki, erməni əsgər Albert Dallakyan döyüş mövqeyində xidmət edərkən öz komandiri tərəfindən başından yaralanıb. Yaralının üzərində 3 kompleks əməliyyat keçirilsə də, daha bir əməliyyatın xaricdə keçirilməsinə ehtiyac yaranıb. Albertın bu əməliyyatı üçün 45 min dollar lazımdır. Kasıb vəziyyətdə yaşayan yaralı əsgərin valideynləri üçün bu qədər pulu toplamaq mümkün deyil. Müdafiə nazirinin əsgərin əməliyyatına yardım edilməsi üçün sosial şəbəkə vasitəsilə vətəndaşlara müraciət etməsi qalmaqala səbəb olub. Bundan sonra nazir Viqen Sərkisyan “sən dilənçisən” ittihamına cavab vermək məcburiyyətində qalıb. Sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti isə erməni nazirə hər ay 1000 dram ödədikləri pulun hara xərcləndiyi barədə sual ünvanlayırlar. Erməni cəmiyyətində hesab edirlər ki, orduya yardım adı ilə yığılan pullar sadəcə olaraq mənimsənilib. Rəsmi hesabatlara görə, bu fondda indiyə qədər 9 milyon dollardan çox məbləğ yığılıb. Lakin Albert Dallakyanı müalicə etmək üçün 45 min dollar tapılmır. Xatırladaq ki, hakimiyyət vaxtilə bildirmişdi ki, fond şəffaf olacaq və ehtiyacı olan hər bir hərbçiyə yardım ediləcək. Sayt yazır ki, əgər nazir özü yaralı əsgərin sağalması üçün pul dilənirsə, onda fonda yığılan pulların taleyi ilə maraqlanmaq mənasızdır. Cəmiyyət həmin pulların kimlərin hesablarına axdığını yaxşı bilir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info