Banqladeş rohinca qaçqınlarını iki il ərzində vətənlərinə qaytarmağı planlaşdırır
Tarix: 17.01.2018 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Banqladeş hökuməti Myanmadan qaçan rohinca müsəlmanlarının iki il ərzində ölkələrinə qayıtmasına kömək edəcək. Bu barədə Banqladeş Xarici İşlər Nazirliyinin Myanma nümayəndələri ilə görüşün nəticəsinə əsasən verdiyi bəyanatda deyilir. TASS xəbər verir ki, bəyanatın mətnində hökumətin repatriasiyaya nə vaxt başlayacağı göstərilmir. Myanma hökuməti dağıdılan yaşayış yerləri bərpa olunanadək qaçqınlara müvəqqəti sığınacaqlar verməsi barədə öhdəlik götürüb. Xatırladaq ki, ötən il noyabrın 23-də Myanma və Banqladeş qaçqınların vətənlərinə qaytarılmasını nəzərdə tutan qarşılıqlı anlaşma barədə memorandum imzalayıblar. Myanma hökuməti ölkədən qaçaraq Banqladeşə sığınan 30 min rohincalı müsəlman üçün Rakhayn ştatının şimalında müvəqqəti düşərgə salır. İlk 100 evin inşasının yanvar ayının sonlarına qədər başa çatacağı gözlənilir. Myanma hökuməti Rakhayn ştatında yaşayan rohincalı müsəlmanları Banqladeşdən gələn qanunsuz mühacir hesab edir. Onlar dəfələrlə yerli buddistlərin hücumlarına məruz qalıblar. Son illər minlərlə insan bu münaqişənin qurbanına çevrilib. BMT-nin məlumatına əsasən, ötən ilin avqustundan bəri 650 min rohincalı müsəlman zülm və zorakılıqdan qaçaraq Banqladeşə sığınıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info