İdman yarışlarında və müsabiqələrdə uğur qazanan tələbələr mükafatlandırılıb
Tarix: 17.01.2018 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ali məktəb tələbələri arasında futzal üzrə idman yarışı, “Nə? Harada? Nə zaman?” intellektual oyunun qaliblərinin, “İlin peşəkar gənci” müsabiqəsinin fəal iştirakçılarının, 2017-ci ildə müxtəlif elm, mədəniyyət və idman üzrə beynəlxalq səviyyəli tədbirlərdə uğur qazanmış bir qrup gəncin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev dahi rəhbər Heydər Əliyevin elmə, təhsilə, idmana daim böyük önəm verdiyini, Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Ölkəmizdə gənclərə, onların təhsilinə göstərilən böyük diqqət və qayğıdan danışan S.Mehbalıyev rəhbərlik etdiyi qurum tərəfindən müsabiqələrin, idmanın müxtəlif növləri üzrə yarışların, intellektual oyunların və digər tədbirlərin təşkil olunduğunu söyləyib. Tədbirdə məlumat verilib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) 2017-ci ilin sonunda ali məktəb tələbələri arasında futzal idman yarışı, “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirib və qaliblər müəyyənləşdirilib. Hər iki tədbirdə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran səhərlərinin 20 ali məktəb tələbələri iştirak ediblər. Futzal üzrə yarışlarda Azərbaycan Memarlıq və İnşaat Universiteti birinci, Gəncə Dövlət Universiteti ikinci, Bakı Mühəndislik Universiteti üçüncü yerləri tutublar. “Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibi Bakı Mühəndislik Universitetinin tələbələri olub. Bu oyunda Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri ikinci və üçüncü yerlərə layiq görülüblər. ATİAHİ RK Rəyasət Heyətinin qərarı əsasında keçirilmiş “İlin peşəkar gənci” müsabiqəsinin də fəal iştirakçıları müəyyənləşdirilib. Sonra idman yarışlarında və müsabiqələrdə uğur qazanan tələbə və gənclər mükafatlandırılıblar. Eyni zamanda, mükafatçılar sırasında gənc yaşlarında müəllim peşəsində uğur qazanmış ümumi orta, orta ixtisas və ali təhsil müəssisələrinin 40 nəfər təhsil işçisi, 2017-ci ildə müxtəlif elm, musiqi və idman üzrə beynəlxalq tədbirlərdə yüksək nəticələr əldə etmiş bir qrup ali məktəb tələbəsi də var.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info