2030-cu ildə dünyada ərzağa tələbat 50 faizdən çox artacaq
Tarix: 17.01.2018 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


“Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir, digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyəti artır”

BMT ölkələrə ərzaq ehtiyacını ödəməklə yanaşı, tullantıların azaldılmasını təklif edir



Bu gün dünyada ərzaq sektorunda baş verən proseslər beynəlxalq qurumların, analitiklərin müzakirə mövzusudur. Belə ki, burada ərzaqla bağlı yaranan mövcud problemlərlə yanaşı, sektorda yaranan rəqabət, ərzaq itkisi kimi amillər öz əksini tapır. Mütəxəssislər dünyada baş verən aclığın qarşısını almaq üçün ərzaqların atılmasını məhdudlaşdırmaq və digər istiqamətində müxtəlif təkliflər irəli sürürlər.

Türk Sənayeçiləri və İş Adamları Dərnəyinin (TÜSİAD) sədri Erol Bilecik ərzaq tullantılarının bu gün yaratdığı problemlərlə bağlı bildirib ki, qlobal problemlərin ən önəmlisi hesab edilən əhalinin sürətli artması və bununla bağlı olaraq ehtiyacları ödəmək imkanlarının azalması son on ildə daha da sürətlənib. Əhalinin artması ilə dünyanın resursları arasında əks nisbət yeni yanaşma tələb edir. Çünki qarşıdakı dövrdə daha çox suya, daha çox ərzağa və daha çox enerjiyə ehtiyacı olacaq. Onun sözlərinə görə, 2030-cu ildə indikindən 30 faiz çox su, 50 faizdən çox ərzaq və enerjiyə ehtiyac yaranacaq. Yəni, bu gün məhdud olan təbii ehtiyatlara hiss edəcəyimiz ehtiyac gündən-günə artacaq. Başqa sözlə, bütün təbii ehtiyatlar daha da qiymətli olacaq və həyat mübarizəsi daha da çətin olacaq.
Araşdırma göstərir ki, inkişaf etmiş ölkələrdə ehtiyacdan daha çox miqdarda istehsal edilən ərzaq məhsulları tədarük zəncirinin müxtəlif mərhələlərində itkiyə gedir. Bu miqdar hər il dünyada təxminən 1,3 milyard tondur. Eyni miqdarda ərzağı istehsal etmək üçün lazım olan sahə 9,6 milyon kvadrat kilometrdir. Bu isə Çinin ərazisi qədər bir sahə deməkdir.
Bildirilir ki, “ərzaq israf etmək” yalnız “bir ərzaq məhsulunu atmaq” demək deyil. "Ərzağı israf etmək", "o məhsulun istehsalı və daşınması daxil olmaqla dəyər zəncirinin bütün mərhələlərində, su, enerji, insan əməyinin israf edilməsi” deməkdir. Eyni zamanda, bu, bir sıra “inkişaf etməkdə olan ölkədə yaşayan və bu qidaya ehtiyacı olan insanları görməmək" deməkdir.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə bu sahədə mövcud problemlərdən biri də artıq çəki ilə bağlıdır. Son məlumata əsasən bəzi ölkələrdə bu problem getdikcə artmaqdadır. Türkiyədə hər 3 nəfərdən biri piylənmə problemi ilə üzləşib.
Artıq çəki ilə bağlı risk vəziyyəti 1975-ci illə müqayisədə üçqat artıb. Artım bu şəkildə davam edərsə, 2025-ci ildə dünyada hər 5 nəfərdən 1-i artıq çəkiyə malik olacaq. BMT-nin məlumatına görə, dünyanın artıq çəki ilə bağlı əhalinin sayı hər il artdığı halda, 2014-cü ilə qədər azalmaqda olan "qlobal aclıq" isə ötən ildən artmaqdadır.
Bütün bunları nəzərə alaraq BMT ölkələrə ərzaq ehtiyacını ödəməklə yanaşı, tullantıların da azaldılmasını təklif edir. Bu gün iqtisadiyyatları inkişaf edən ölkələrdə ərzaq ehtiyacının təmin edilməsi mühüm şərtdir.
Ölkəmizdə həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Prezident Nazirlər Kabinetinin son iclasında bunu çox böyük göstərici adlandırıb: “Bu, ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də biz inkişaf edirik. Ölkə iqtisadiyyatı 2017-ci ildə artıb, bu, çox müsbət göstəricidir. Ümumi daxili məhsul az da olsa artıb. Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. İdxal isə təqribən cəmi 1 faiz artmışdır və bu da təbiidir. Çünki, ilk növbədə, Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir, digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyəti artır”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info