“Bakcell” ilk dəfə metroda 4G xidmətini təqdim edir
Tarix: 17.01.2018 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti  Bakı şəhərinin bütün metro stansiyalarında özünün ultra-sürətli 4G LTE mobil internet xidmətini istifadəyə verib.  
4G şəbəkəsinin metroda qurulması yüksək həcmdə trafik mübadiləsi tələb edən film izləmək, şelfi çəkib paylaşmaq kimi  xidmətlərin istifadəsini dayandırmaq istəməyən sərnişinlərin çoxdan gözlədiyi hadisədir.
“Bakcell”in LTE şəbəkəsi hazırda Bakı metrosunun 21 stansiyasında (hazırda təmir olunan “Sahil”  stansiyası istisna olmaqla) mövcuddur. “Bakcell” şirkətinin tətbiq etdiyi ən müasir “LTE Advanced” texnologiyası sayəsində, operatorun abunəçiləri artıq hətta metroda belə saniyədə 225 meqabitə çatan sürətin imkanlarından yararlana biləcəklər. Qeyd etmək lazımdır ki, bu xidmətin hazırda yalnız metro stansiyalarının platformalarında istifadəsi mümkündür.
“Biz metrodan tez-tez istifadə edən “Bakcell” abunəçilərinə çox yüksək keyfiyyətli 4G LTE xidmətini təqdim etməkdən böyük qürur hissi duyuruq. Abunəçilərimiz artıq platrofmalarda qatarı gözləyəndə  belə bizim ultra-sürətli mobil internet şəbəkəmizdən yararlanmaq imkanı qazanıblar. Bu bizim üçün böyük nailiyyətdir və əminik ki, bu sahədə gördüyümüz işlər daim mobil olmaq və  bütün məkanlarda genişzolaqlı internetə yüksək sürətli çıxış imkanı əldə etmək  istəyən istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcək”, deyə “Bakcell” şirkətinin baş icraçı direktoru  Nikolai Beckers bildirib.
4G xidməti sayəsində “Bakcell” abunəçiləri şirkətin ən müasir LTE şəbəkəsindən faydalanaraq, iri həcmli faylları, demək olar ki, bir göz qırpımında yükləyib göndərmək, musiqi axınlarını buferizasiyanı gözləmədən dinləmək, habelə şəbəkədə ləngimənin cüzi olduğundan onlayn oyunlar oynamaq imkanına malikdirlər.
“Bakcell” şirkəti bundan sonra da öz abunəçilərini yeniliklər, ən son texnologiyalar və müasir, rahat və etibarlı xidmətləri ilə sevindirməyə davam edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info