Qazaxıstan Azərbaycana 20 milyon dollar məbləğində investisiya yatırıb
Tarix: 17.01.2018 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Son 10 ildə Azərbaycan Qazaxıstana 168 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.
AZƏRTAC "KAZİNFORM"a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın maliyyə naziri Baxıt Sultanov deyib.
Qazaxıstan Parlamenti "Qazaxıstan və Azərbaycan arasında vergi sahəsində əməkdaşlığın genişlənməsi haqqında" qanun layihəsini təsdiqləyib. Qazaxıstanın maliyyə naziri Baxıt Sultanov bildirib ki, ikiqat vergitutmanın ləğvini nəzərdə tutan sənəd, ilk növbədə, iki ölkə arasında vergi xidmətlərinin informasiya mübadiləsini genişləndirmək yolu ilə əməkdaşlığı daha da inkişaf etdirməyə imkan verəcək. Həmçinin vergi öhdəliyindən yayınma və konvensiyanın müddəalarının sui-istifadəsi halları aşkar edildikdə qanunvericilik çərçivəsində tədbirlər görüləcək. Nazir deyib ki, bu sənəd iki dövlət arasında vergitutma məsələlərində qanunverici baza olacaq.
"Azərbaycan ilə qarşılıqlı ticarət haqqında statistik məlumatların üzərində dayanmaq məqsədəuyğundur. Belə ki, son 10 ildə Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi 2,8 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə Azərbaycan Qazaxıstana 168 milyon ABŞ dolları, Qazaxıstan Azərbaycana 20 milyon dollar məbləğində investisiya yatırıb. Qazaxıstanın əsas ixracı taxıl, xam neft məhsulları, dəmir borulardır. İdxalın strukturunda isə şəkər və fındıq üstünlük təşkil edir", - deyə qazaxıstanlı nazir qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info