Prezident “Azərişıq”ın bir neçə obyektinin açılışını edib
Tarix: 17.01.2018 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, orijinal layihə əsasında inşa edilən yeni inzibati bina və 220 saylı yarımstansiya bir-biri ilə harmoniya yaratmaqla modern memarlıq üslubuna malikdir.
Prezident İlham Əliyev həmin obyektlərin rəmzi açılışını bildirən lenti kəsdi.
“Azərişıq” ASC-nin sədri Baba Rzayev görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, hazırda “Azərişıq”ın balansındakı bütün energetika qurğularının binaları, eləcə də ofis və yardımçı texniki binalar ən müasir standartlara uyğun inşa edilir. Qeyd edilib ki, əlavə torpaq sahəsi ayrılmadan, sıxlığa səbəb olmadan istismar müddətini keçmiş açıq paylayıcı quruluşlu yarımstansiyaların yerində əsasən qapalı tipli yarımstansiyalar və ərazidən səmərəli istifadə etməklə inzibati binalar tikilir. Yenidənqurmadan sonra istifadəyə verilən 220 saylı yarımstansiyanın ərazisində paralel olaraq meqapolislərin şəhərsalma prinsiplərinə müvafiq qaydada modern memarlıq üslubunda “Azərişıq” ASC-nin Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binası inşa olunub. Ofis binası ən müasir standartlara uyğundur. Yeni inzibati binada milli və beynəlxalq memarlıq ənənələri üzvi şəkildə bir-birini tamamlayır.
Sonra dövlətimizin başçısına yeni yarımstansiya barədə məlumat verildi. Bildirildi ki, 1954-cü ildə tikilən və istismar müddəti başa çatan 220 saylı yarımstansiya tamamilə köhnəlmişdi. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Bakı şəhərində həyata keçirilən infrastruktur layihələri, çoxmənzilli binaların tikintisi ilə əlaqədar həmin sosial obyektlərin dayanıqlı elektrik təchizatını təmin etmək üçün bir sıra yarımstansiyaların, o cümlədən 220 saylı yarımstansiyanın yerində qapalı tipli, müasir avadanlıqlarla təchiz edilən yeni yarımstansiya, həmçinin ərazidən səmərəli istifadə etməklə Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binası inşa olunub. Paytaxtın Xətai, Nəsimi, Nərimanov və Səbail rayonlarının böyük hissəsini, o cümlədən bir çox strateji obyektləri elektrik enerjisi ilə təchiz edən yeni yarımstansiya əsaslı şəkildə genişləndirilib. Bu energetika qurğusunun gücü iki dəfədən çox artırılaraq 100 meqavoltamperə çatdırılıb. Hazırda həmin yarımstansiya 100 mindən çox sakini əhatə edən 25 min abonenti, həmçinin perspektivdə yaradılacaq obyektləri də elektrik enerjisi ilə təchiz etmək gücündədir. Yeni yarımstansiyaya “Sahil” yarımstansiyasından 35 kilovoltluq kabel xətti çəkilib. Bununla da mühüm əhəmiyyət kəsb edən Bakının qovşaq yarımstansiyalarının 35 kilovoltluq elektrik təchizatı sxeminin formalaşması işi başa çatdırılıb. Yarımstansiyada müasir tipli vakuum və eleqaz avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri quraşdırılıb. Bununla yanaşı, həmin yarımstansiya SCADA - məsafədən dispetçer idarəetmə sisteminə qoşulub ki, bu da birbaşa elektron idarəetməni təmin edir.
Yeni inzibati binada əməkdaşların səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. “Azərişıq” ASC-nin balansındakı bütün inzibati binalarda ən müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq edilir. Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasındakı iclas salonu da müasirliyi ilə seçilir. Burada qabaqcıl beynəlxalq təcrübədən geniş istifadə olunmaqla arxiv yaradılıb. Konfrans otağı da müasir tələblər səviyyəsində qurulub.
Sonra Prezident İlham Əliyevə Bakı Rayon Elektrik Təchizatı və Satışı İdarəsinin yenidən qurulan 110/35/10 kilovoltluq “Yasamal-1” yarımstansiyası barədə məlumat verildi. Bildirildi ki, “Yasamal-1” yarımstansiyası Bakı şəhərində tikilən ilk 110 kilovoltluq yarımstansiyalardan biridir. Həmin yarımstansiya fiziki və mənəvi baxımdan istismarını tam başa vurmuşdu, günün tələblərinə cavab vermirdi, artan yüklərin qarşılanmasında, istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsində problemlər yaranırdı. Yeni inşa olunan yaşayış binalarının artan güc tələbatını ödəmək, perspektiv inkişafa uyğun olaraq digər istehlakçıları dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün “Yasamal-1” yarımstansiyası tamamilə yenidən qurularaq gücü iki dəfədən çox artırılıb. Həmin yarımstansiyada 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular, məsafədən idarə edilən SCADA dispetçer mərkəzi inşa olunub. “Yasamal-1” yarımstansiyası dövlət əhəmiyyətli obyektlər də daxil olmaqla Yasamal rayonunun böyük bir hissəsini elektrik enerjisi ilə təmin edir.
Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə 110 kilovoltluq “Yasamal-1” yarımstansiyasını işə saldı.
Sonra dövlətimizin başçısına 35/10-6 kilovoltluq 120 saylı və Qobu qəsəbəsi ərazisində yeni inşa edilən 110/35/10 kilovoltluq “Qobu” yarımstansiyaları barədə məlumat verildi.
Yasamal rayonu ərazisində 1949-cu ildə tikilib istismara verilmiş 120 saylı yarımstansiyanın da elektrik avadanlıqlarının istismar müddəti bitdiyindən və bu energetika qurğusu texniki parametrlərini itirdiyindən istehlakçıların elektrik təchizatında çətinliklər yaranırdı. Yasamal rayonunda tikilən çoxsaylı hündürmərtəbəli yaşayış binalarının, təhsil, tibb, sosial və məişət obyektlərinin elektrik təchizatını təmin etmək üçün yarımstansiyanın yenidən qurularaq gücləndirilməsi zərurəti yaranmışdı. Bu səbəbdən tamamilə yenidən tikilən 120 saylı yarımstansiyanın gücü də iki dəfə artırılıb. Yarımstansiyada 35, 10 və 6 kilovoltluq yeni qapalı paylayıcı qurğular inşa edilib, müasir tipli eleqaz və vakuum elektrik avadanlıqları, digər avtomatika sistemləri quraşdırılıb. Bununla da həmin yarımstansiya 110 kilovoltluq “Yasamal-1”, “Badamdar” və “Dağlıq” yarımstansiyalarından qidalanan 35 kilovoltluq elektrik təchizat sxeminə daxil edilib. Hazırda 120 saylı yarımstansiyadan dövlət əhəmiyyətli və iri enerji tutumlu obyektlər, yaşayış massivləri və digər sosial obyektlər elektrik enerjisi ilə təmin olunur.
Prezident İlham Əliyevə məlumat verildi ki, Qobu qəsəbəsinin ərazisində ilk dəfə 110 kilovoltluq yeni yarımstansiya inşa edilib. Son illərdə bu ərazidə yaşayış massivlərinin sürətlə artması, o cümlədən Qobu, Güzdək, Aşağı Güzdək, Hökməli, Sulutəpə, Masazır, Müşfiq qəsəbələrinin və Xırdalan şəhərinin böyük bir hissəsinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün bu yarımstansiyanın inşası zəruri idi. Yarımstansiyanın 110 kilovoltluq 3-cü və 4-cü Puta hava xətlərinə birləşdirilməsi üçün 110 kilovoltluq dayaqlar quraşdırılıb, yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin etmək məqsədilə 10 kilovoltluq hava xətləri çəkilib. Yeni inşa edilmiş “Qobu” yarımstansiyasından çəkiləcək 35 kilovoltluq elektrik verilişi xətləri vasitəsilə “502” və “Hökməli” yarımstansiyalarının elektrik təchizatı təmin ediləcək.
Dövlətimizin başçısına “Azərişıq”ın elektrik təchizatı sxemi, 110 kilovoltluq “Bayramzadə” yarımstansiyası, Külək Elektrik Parkı və digər yenidənqurma layihələri barədə də məlumat verildi.
Bakı Paylayıcı Şəbəkəsinin inzibati binası və yeni yarımstansiyalarla tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyyələrini verdi.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info