Naxçıvan məhsulları satışa çıxarılır
Tarix: 17.01.2018 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Ötən ildən başlayaraq “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətdə, ümumilikdə, 25-dən artıq çeşiddə meyvə quruları istehsal olunaraq qablaşdırılır. Bu məhsullardan 9 çeşidinin üzərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqosu yer almaqdadır. Alma, şaftalı, gavalı, qovun və digər yüksəkkeyfiyyətli Naxçıvan meyvə-tərəvəzlərinin xüsusi avadanlıqda qurudularaq qablaşdırıldığı bu məhsullar alıcılar tərəfindən böyük maraqla qarşılanır.
AZƏRTAC xəbər verir ki, yüksək keyfiyyət standartlarına cavab verən, 90 və 250 qramlıq paketlərdə istehsal edilən məhsullar muxtar respublikanın ticarət obyektlərindən başqa, ölkəmizin paytaxtına, habelə Türkiyə Respublikasına da göndərilir. Gələcəkdə bu məhsulların Rusiya və Ukraynaya da ixrac edilməsi nəzərdə tutulur.
Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı keçiriləcək tədbirlərdə muxtar respublikanın mədəniyyətinin, onun zəngin turizm potensialının tanıdılması ilə yanaşı, həm də istehsal olunan məhsullarımızın təkcə İslam ölkələrində deyil, eyni zamanda, dünyanın bir çox ölkələrində təbliği baxımından əhəmiyyətlidir.




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir
21.05.2019
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü
21.05.2019
“Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı
20.05.2019
Bu yazın ölüm ayı
20.05.2019
Masallı rayonu hesabat verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info