Tacikistan Azərbaycanın gömrük xidməti təcrübəsini öyrənəcək
Tarix: 17.01.2018 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb.
 
DGK-dan verilən məlumata görə, A. Əliyev iki ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb, Azərbaycan və Tacikistanı tarixən qardaşlıq münasibətlərinin birləşdirdiyini vurğulayıb. Komitə sədri, eyni zamanda, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq və inkişaf proseslərindən, xüsusilə, qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib.
 
Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlərin hazırkı durumuna toxunan DGK sədri bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və bu əlaqələrin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
 
Daha sonra komitə sədri gömrük işi sahəsində uğurlu əməkdaşlıq əlaqələrinə toxunaraq, Azərbaycan və Tacikistan gömrük xidmətləri arasında 2007-ci ildə "Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" sazişin imzalandığını məmnunluqla xatırladıb. Eyni zamanda, Azərbaycan gömrük xidmətinin Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq etdiyi bildirən DGK sədri Azərbaycanda ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzinin yerləşdiyini, bundan başqa, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Regional Ofisinin də fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
 
R. Soliyev iki qardaş ölkənin əlaqələrindəki mövcud vəziyyəti yüksək qiymətləndirib, yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib və bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğulayıb. Səfir Azərbaycanın gömrük sistemində tətbiq edilən yenilikləri nəzərə almaqla ölkəsinin analoji qurumunun bu təcrübədən yararlanmaqda maraqlı olduğunu bildirib.
 
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb, o cümlədən, gömrük sistemində informasiya-kommunikasiya texnologiyaları, kadr potensialının gücləndirilməsi, gömrük hüquqpozmalarına qarşı mübarizə, kinoloji xidmət və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info