Azərbaycanda 50-dən artıq Fransa şirkəti fəaliyyət göstərir
Tarix: 17.01.2018 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasına işgüzar səfəri çərçivəsində Fransanın Avropa və Xarici Işlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuenlə görüşüb.
 
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Fransa arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari səviyyəsindən məmnunluqlarını bildiriblər, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu qeyd ediblər.
 
2017-ci ilin sentyabr ayında yeni formalaşmış Fransa hökumətinin ilk üzvü kimi Azərbaycana rəsmi səfər etdiyini söyləyən fransalı dövlət katibi səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşünü və səfərin nəticələrini yüksək qiymətləndirib.
 
Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar. E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin gedişi ilə bağlı ətraflı məlumat verib. O, 2018-ci ilin 18 yanvar tarixində Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri ilə görüşəcəyini bildirib.
 
E. Məmmədyarov Fransanın bir sıra şəhərlərinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim ilə qanunsuz əlaqələr yaratması, qondarma rejimin təmsilçiləri kimi özünü təqdim edən şəxslərin Fransa ərazisinə daxil olması kimi faktların ATƏT-in Minsk qrupunun həmsədri olaraq Fransanın mərkəzi hökuməti tərəfindən qarşısının alınmasının vacibliyini bildirib.
 
Azərbaycan və Fransa arasında iqtisadi-ticarət əlaqələrini nəzərdən keçirərək nazirlər enerji, nəqliyyat, metro, kosmik, sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın dinamik surətdə inkişaf etdiyini və 50-dən artıq Fransa şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayıblar.
 
Azərbaycan və Fransanın təhsil sahəsində sıx əməkdaşlıq etdiyini bildirən nazirlər Azərbaycanda fəaliyyət göstərən Birgə Azərbaycan-Fransız Universitetinin bu əməkdaşlığın parlaq göstəricisi olduğunu qeyd ediblər.
 
Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunan nazir E. Məmmədyarov ölkəmizlə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sənədi üzərində iş aparıldığını və əlaqələrin uğurla inkişaf etdiyini məmnuniyyətlə qeyd edib.

Görüşün sonunda nazirlərin iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyası ilə Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq haqqında çərçivə və dissertasiya və maliyyələşmə haqqında əməkdaşlıq sazişləri imzalanıb. Sazişlər AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Montpellier Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fransua Henn tərəfindən imzalanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info