Əmək hüquqlarına dair növbəti maarifləndirmə seminarı
Tarix: 17.01.2018 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək hüquqlarına dair növbəti maarifləndirmə seminarı Bakı Biznes Universitetində təşkil olunub. Xidmətin 2018-ci il üçün Tədbirlər Planına uyğun olaraq təşkil olunan, universitetin müəllim və tələbələrinin, ayrı-ayrı işəgötürənlərin iştirak etdiyi tədbir “Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzusuna həsr olunub.
Seminarı giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov belə tədbirlərin əhəmiyyətini qeyd edib. O, universitetin müəllim heyətinin, burada ali təhsil alan və gələcəkdə əmək bazarına daxil olmağa hazırlaşan tələbələrin əmək qanunvericiliyi, o cümlədən əmək münasibətlərinin rəsmiləşdirilməsi, bu sahədə qanunvericilikdən irəli gələn prosedurlar barədə maarifləndirilməsinin xüsusi önəm kəsb etdiyini bildirib.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları əmək münasibətlərinin qanunvericiliklə və əmək müqaviləsi bağlamaqla tənzimlənməsinin hüquqi əsaslarını diqqətə çatdırıblar. Əmək müqaviləsinin bağlanması, onun şərtlərinin dəyişdirilməsi, eləcə də əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydalarından bəhs olunub. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulmasının işçilərin əmək və sosial müdafiə hüquqlarına əsaslı təminat yaratdığı, müqavilə olmadan həyata keçirilən əmək münasibətlərinin isə işçinin gələcək sosial təminatına heç bir əsas, imkan yaratmayan qeyri-rəsmi məşğulluq halı olduğu vurğulanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişlərinin Elektron İnformasiya Sistemi, onun üstünlükləri, bu sistemin tərkib hissələri olaraq göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi bağlanmış əmək müqaviləsi müvafiq bildiriş formasında həmin elektron informasiya sisteminə daxil edilərək sistem tərəfindən qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra təmin edilir. Seminarda Əmək Müqaviləsi Bildirişlərinin Elektron İnformasiya Sistemindən istifadə prosedurları, əmək müqaviləsi bildirişlərinin gücləndirilmiş elektron imza vasitəsi ilə sistemə daxil edilməsi və qeydiyyatdan keçirilməsi qaydaları diqqətə çatdırılıb.
Tədbirdə işəgötürənin, habelə əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri barədə ətraflı məlumatlar verilib. İştirakçılara əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə maarifləndirici bukletlər təqdim olunub, onların aidiyyəti mövzuda sualları cavablandırılaraq aydın şəkildə hüquqi izahatlar verilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info