Cəfər Cəfərov: “Ali məktəblərdə səmərəli fənn proqramlarına ehtiyac var”
Tarix: 17.01.2018 | Saat: 21:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Təhsil ixtisasları üzrə təhsil proqramlarının praktik istiqamətliliyinin yüksəldilməsi” mövzusunda seminar keçirilib. Seminarda ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müəllimlər iştirak ediblər.
Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov seminarı giriş sözü ilə açaraq bildirib ki, dövlət başçımız İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil ixtisasları üzrə təhsil proqramlarının praktik istiqamətliliyinin yüksəldilməsi vacib vəzifələrdən biri kimi qarşıya qoyulub. ADPU-nun rektoru, professor Cəfər Cəfərov “Təhsil ixtisasları üzrə təhsil proqramlarının praktik istiqamətliliyinin yüksəldilməsi haqqında” müvafiq əmr imzalayıb. Seminarın keçirilməsində məqsəd təhsil ixtisasları üzrə təhsil proqramlarının praktik istiqamətliliyinin yüksəldilməsi sahəsində qarşımızda duran vəzifələrin müəyyən edilməsi, fikir və təkliflərin irəli sürülməsidir. Müasir dövrümüzdə yalnız elmi-nəzəri biliklərlə kifayətlənmək məqsədəuyğun hesab edilmir. Praktikaya xidmət edən biliklərə olan ehtiyac özünü kəskin şəkildə büruzə verir. Akademik tədqiqatlar praktikaya yönəlməli, real müsbət nəticələr verməlidir.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək seminarın keçirilməsini müsbət qiymətləndirib və belə seminarların bütün fakültələrdə keçirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, belə seminarlar təhsilin keyfiyyətinin yüksəldilməsi üçün vacibdir. ADPU-nun professor-müəllim heyəti təhsil sənədlərinin, o cümlədən pedaqoji təhsilin standartlarının müasir tələblərə uyğun hazırlanmasında fəal iştirak etməlidir. Eyni zamanda ADPU-da bu sahədə tanınmış və nüfuzlu alim-mütəxəssislər və dərslik müəllifləri ilə mütəmadi olaraq görüşlər keçirilməli, müzakirələr aparılmalıdır. ADPU bu sahədə əsas rol oynamalıdır. Biz ixtisas-peşə səriştələrinin formalaşmasına istiqamətlənmiş və praktik müəllim hazırlığını təmin edən fənlərin orta ümumtəhsil məktəbinin məzmununda aparılan dəyişikliklərlə əlaqələndirilməsini özündə əks etdirən fənn kurikulumları hazırlamalı, məzmunun yenilənməsini, pedaqoji təhsilin təkmilləşdirilməsi üzrə bütün elmi nailiyyətləri özündə cəmləşdirən səmərəli fənn proqramlarının hazırlanmasını təmin etməliyik. Bu, qarşımıza qoyduğumuz böyük hədəflərə çatmaq və ölkəmizdə insan kapitalının formalaşmasına öz töhfələrimizi vermək üçün xüsusi önəm kəsb edir. Rektor çıxışının sonunda seminar iştirakçılarına uğurlar arzulayıb.
Seminarda iştirak edən Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, dosent Ənvər Abbasov yeni təhsil sistemi, yeni təlim texnologiyaları, standartlar və kurikulumlar, fəndaxili inteqrasiya, fənlərarası inteqrasiya, ali və ümumi təhsil sahəsində dərsliklərin elmi-metodiki baxımından təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflərini səsləndirib.
Seminarda maraqlı və səmərəli fikir mübadiləsi aparılıb və bu mövzuda seminarların ardıcıl keçirilməsi qərara alınıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20.08.2019
Dəmiryolçular üçün treninqlər keçirilir
20.08.2019
Onlar yüksək balla Azərbaycan İlahiyyat İnstitutunu seçdilər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info