Vikipediyada AXC Parlamenti və general Cahangir bəy Novruzov haqqında məqalələr əsaslı redaktə olunub
Tarix: 17.01.2018 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin yaxınlaşması ilə əlaqədar “Azərbaycanca Vikipediya”da AXC-nin tanınmış şəxsiyyətləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar redaktə edilir. AMEA Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” təlim iştirakçısı, Tarix İnstitutunun elmi işçisi Elnur Nəciyev tərəfindən "Azərbaycanca Vikipediya"da "Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti" məqaləsi əsaslı redaktə edilib.

Məqalədə redaktə olunan məqamlar aşağıdakılardır:
1. Məqalə əvvəlindən sonuna kimi Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının I cildindən (2004-cü il nəşri, s.27-43) istifadə edilməklə yaradılsa da, məqalədə həmin istinadlar bir dəfə də olsun qeyd olunmamışdı. Bu məqam redaktə olunaraq düzəldilib.
2. Azərbaycan Xalq Cumhuriyyətinin əhali sayı barədə istinadın Qafqaz təqvimində verilmiş məlumatlara əsaslanması.
3. Parlamentin tərkibinə daxil olacaq üzvlərin say nisbəti, o cümlədən qeyri-müsəlman əhalinin parlamentdəki say nisbəti.
4. Azərbaycan Milli Şurasının sədri, M.Ə. Rəsulzadənin imzası ilə 1918-ci il, noyabrın 29-da Azərbaycan və rus dillərində "Bütün Azərbaycan əhalisinə!" Müraciətnaməsindən çıxarış.
5. M.Ə.Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətinə verdiyi qiymət. (onun çıxışından edilən çıxarışla)
6. Parlamentin komissiyalarının adları.
7. 1920-ci il aprelin 27-də M.Rəsulzadənin parlamentin son iclasının və Azərbaycan xalqının taleyinin açıq iclasda həll edilməsi təklifi.
8. Parlament üzvlərinin, hökumət üzvlərinin adlarındakı qeyri-dəqiqliklərin redaktəsi.
9. Parlamentin son iclasında verdiyi qərar və kommunistlər qarşısında qoyduğu şərtlər.
10. İstinadların göstərilməsi.
11. Mənbələrin göstərilməsi.

https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Xalq_C%C3%BCmhuriyy%C9%99ti_Parlamenti

Daha sonra isə başqa təlim iştirakçısı tərəfindən azərbaycanlı general-mayor Cahangir bəy Novruzov haqqında məqalə əsaslı redaktə olunub.
Qeyd edək ki, Qurtuluş savaşı iştirakçısı, Türkiyə Silahlı Qüvvələrinin generalı, Azərbaycan Cümhuriyyəti ordusunun Topçu briqadasının batareya komandiri kapitan Cahangir bəy Yusif bəy oğlu Novruzov Türkiyədə soyad qanunu çıxdıqdan sonra “bərk ər, igid, döyüşkən ər” anlamı daşıyan “Bərkər” soyadını götürüb.
https://az.wikipedia.org/wiki/Cahangir_b%C9%99y_Novruzov
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info