“Ermənilər Özbəkistanda arzu olunmayan elementdirlər”
Tarix: 18.01.2018 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Ekspert Tevos Arşakyan:
“Ermənilər ümid edirdilər ki, Şavkat Mirziyoyevin vaxtında ermənilərə münasibət dəyişəcək. Amma yenə də erməni əhalisinin üzünə açıq şəkildə deyirlər- siz Özbəkistanda ikinci dərəcəli insanlarsınız”

Futbol üzrə Özbəkistan milli komandasının baş məşqçisi postuna erməni Samvel Babayanın təyin olunması təəccüblə, qarşılanmışdı. Onun bu postda işləməsi çox da uzun çəkməyib Özbəkistan Futbol Federasiyası onu vəzifəsindən azad edib. Özbəkistanın idman rəsmiləri bununla da kifayətlənməyərək Babayanın bu ölkədə futbolun istənilən sahəsindəki fəaliyyətinə ömürlük qadağa tətbiq ediblər.
Özbəkistan mediası yazır ki, Babayanın ömürlük cəza almasının səbəbi yarıtmaz fəaliyyəti ilə bağlı olub. Belə ki, onun milli komandaya oyunçu dəvəti və heyəti müəyyənləşdirmədə ancaq qohumbazlıq, dostbazlıq prinsipinə əsaslanması, yerli təcrübəli məşqçilərin məsləhət və təkliflərini diqqətə almaması, məşq prosesinə məsuliyyətsiz yanaşması ömürlük cəza alması ilə nəticələnib. Rəsmi məlumatda o da qeyd edilir ki, Babayan 2018-ci il Dünya Çempionatının seçmə mərhələsi zamanı komanda daxilində nizam-intizam yarada bilməyib, oyunçuların lazımi fiziki hazırlıq vəziyyətində olmasına nəzarət edə bilməyərək, oyunçuları özbaşına buraxıb. Özbəkistan idman rəsmiləri sırf idman pinsiplərinə əsaslanaraq erməni məşqçini vəzifəsindən azad edib. Həmin vəzifədə başqa ölkə təmsilçisi də olsaydı, işinə məsuliyyətsiz yanaşdığı üçün vəzifəsindən azad ediləcəkdi. Amma Ermənistanda bu məsələ ilə bağlı böyük hay-küy qaldırıblar.

“Özbəkistanın idman məmurları Mirziyoyevin razılığı olmadan Babayanı baş məşqçi postundan uzaqlaşdıra bilməzdilər”

Ermənilər özbəkləri millətçilikdə ittiham edərək Babayanı ancaq erməni olduğu üçün işindən azad olunduğunu iddia edirlər. Erməni ekspert Tevos Arşakyan “armenianreport.com”a təqdim etdiyi yazıda qeyd edib ki, Babayan erməni olduğu üçün Özbəkistan hakimiyyətinin repressiyasına məruz qalıb. Arşakyan bununla da kifayətlənməyib. Ekspert qeyd edib ki, “özbəklər Mərkəzi Asiya regionunda peyda olduqları vaxtdan” indiyə qədər heç vaxt ermənilərə qarşı yaxşı münasibət bəsləməyiblər. Guya ki, bu, ermənilərin “daha varlı, ağıllı və mədəni” olması ilə bağlıdır. Erməni ki, erməni. Yaratdıqları terror təşkilatları ilə bütün dünyada tanınan, tarix boyu ona-buna yaltaqlanaraq arxadan zərbə vurmaqla məşğul olan, Xocalıda soyqırımı törədən, uşaq qatili, işğalcı ermənini ancaq elə erməni düşüncəsi “ağıllı və mədəni” təqdim edə bilər. Arşakyan yazır ki, “Özbəkistanda yerli xalq” olan ermənilərə qarış özbəklər tərəfindən həmişə qısqanclıq olub. SSRİ dağılandan sonra bu daha açıq şəkildə üzə çıxıb: “SSRİ dağılandan sonra özbəklərin ermənilərə qarşı qeyri-dost münasibəti özünü göstərməyə başladı. Bu siyasətin nəticəsi olaraq ermənilər Daşkənd, Səmərqənd və Buxarada seyrəkləşməyə başladılar. Bu da son deyil. Özbəklər Dağlıq Qarabağ məsələsində açıq şəkildə Azərbaycanı dəstəklədilər. Kərimovun vaxtında özbəklər açıq şəkildə bəyan edirdilər ki, ermənilər Özbəkistanla arzu olunmayan elementdirlər. Özbəkistanda yaşayan ermənilər ümid edirdilər ki, İslam Kərimovdan sonra hakimiyyətə gələn Şavkat Mirziyoyevin vaxtında ermənilərə münasibət dəyişəcək. Amma yeni əkə də ermənilərin ümidlərinə son qoydu. İdman məmurları Mirziyoyevin razılığı olmadan Babayanı baş məşqçi postundan uzaqlaşdıra bilməzdilər. Yenə də erməni əhalisinin üzünə açıq şəkildə deyirlər ki, siz Özbəkistanda ikinci dərəcəli insanlarsınız”. Bir qədər də uzağa gedən müəllif yazır ki, Özbəkistanda “ermənilərin təhlükəsizliyi üçün təhdidlər” var: “Ermənilər üçün yeganə çıxış yolu Özbəkistandan Ermənistana qayıtmaqdır. Amma bunun üçün onların pulu yoxdur. Bu vəziyyətdə onlara Ermənistan dövləti yardım edə bilər. Amma Ermənistan dövlətinin də onlara kömək üçün vəsaiti yoxdur. Ona görə də ermənilər özləri orada vəziyyətdən çıxmağa çalışmalıdırlar”. Bir məşqçinin işdən azad edilməsinə ermənilərin yanaşması az qala millətlər arası savaş kontekstində dəyərləndirilir. Onların bu yanaşması bizə çox yaxşı tanışdır. Özlərini necə yazıq, hüquqları tapdanan kimi təqdim edirlər... Bir müddət sonra beynəlxalq təşkilatlardan bu məsələ ilə bağlı bəyanatlar səslənsə, buna təəccüblənmək lazım deyil.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.09.2018
“Sabah.com.tr”:“İşğalçılar sərhədlərimizi açmamızı gözləməsinlər”
14.09.2018
“ArmenianReport”: “Ermənistan əks-inqilab təhlükəsi ilə üz-üzədir”
11.09.2018
“Dinin tələb etmədiyi bəzi ifrat hərəkətlər uşaqlarda psixoloji zədələr yaradır”
07.09.2018
«ArmenianReport»: «Rusiya bizim daxili işlərimizə qarışmamalıdır»
01.09.2018
Azərbaycan və Rusiya arasında 15 sənəd imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info