“Defense News”: “Rusiya ilə ABŞ Suriyada “hərbi baza yarışı”na girişib”
Tarix: 18.01.2018 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


BMT baş katibi ABŞ-ın Suriyada “sərhəd təhlükəsizlik qüvvələri” yaratmaq planına qarşı çıxıb:
“Həddindən çox ölkənin Suriyada ordusu var. Düşünürəm, Suriya xalqı problemi özü həll etsə, daha yaxşı olardı”

“Suriyada “hərbi baza yarışı”na girişən Rusiya ilə ABŞ Yaxın Şərqdə asimmetrik təhdidlərlə qarşılaşmaqlarına baxmayaraq, öz mövqedlərini genişləndirmək niyyətindədirlər”. Bu fikirləri “Defense News” nəşri yayıb. Hərbi mənbələrə istinad edən nəşrin bildirdiyinə görə, ABŞ Rakka yaxınlığındakı Et-Tabke bölgəsində yeni hərbi baza yaradıb.
Xatırladaq ki, əvvəllər bu ərazidə Suriyaya məxsus hava bazası yerləşirdi. İndi isə burada amerikalı hərbi təlimçilər yerli qüvvələri təlimatlandırırlar. Başqa bir məqamı da xatırladaq ki, ABŞ qoşunlarının inşa işləri apardığı Et-Tabke bölgəsinə Rusiyaya məxsus nə hərbçi, nə də hökumət rəsmiləri buraxılmır. Rusiya da öz növbəsində, Suriya ərazisində iki hərbi bazaya- Hmmeyimdə aviabazaya, Tartusda isə hərbi dəniz bazasına malikdir. Nəşrin verdiyi açıqlamaya görə, Rusiyaya məxsus hərbi bazalar, rəsmi Suriya hakimiyyətinin razılığı ilə yaradılıb. Livan ordusunun istefada olan generalı Vahbi Katışanın sözlərinə görə, Rusiya və ABŞ arasında hərbi bazalar yaradılması sahəsindəki yarış Suriyanın strateji mövqeyi ilə bağlıdır. Onun sözlərinə görə bu ölkə Yaxın Şərq və İran körfəzinin qapısı olduğuna görə, Rusiya bu regiona böyük güc olaraq dönmək niyyətindədir. Livan ordusunun istefada olan generalı bildirib ki, Rusiya Suriyadakı hərbi əməliyyatlar zamanı silah ixracını xeyli artırıb. Elə Səudiyyə Ərəbistanına C-400 raket sistemlərinin satışı ilə bağlı müqavilə Kremlin Suriyadakı hərbu uğuru ilə bağlıdır. Məlum olduğu kimi, ABŞ-ın rəhbərlik etdiyi koalisiya əsasını PKK-nın Suriya qolu PYD/YPG-nin təşkil edəcəyi 30 minlik sərhəd təhlükəsizliyi qüvvəsi yaratmaq planı üzə çıxıb. Bunu ABŞ-ın rəhbərliyi altında Suriya və İraqda “İŞİD” terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətindən bildiriblər. Açıqlamada bildirilir ki, koalisiyanın Suriya Demokratik Qüvvələri ilə yaradacağı bu qüvvənin missiyası İraq, Türkiyə sərhədlərini və Fərat çayı boyu sərhədi qorumaqdır. Bu isə Türkiyənin sərt etirazına səbəb olub. Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Pentaqonun rəhbəri Ceyms Mettisin "sərhəd təhlükəsizlik qüvvələrinin" yaradılmasına dair məlumatları təkzib etdiyini bildirib. Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Ankara ilə münasibətlərdə böhrana səbəb ola biləcək olayları nəzərə alaraq ABŞ-ı Suriyada atacağı addımlardan imtina etməyə çağırıb. Onu da qeyd edək ki, BMT baş katibi Antonio Quterre bildirib ki, Suriyada həddindən çox əcnəbi hərbçilər var. Məhz bu amil də Suriyada vəziyyətin normallaşmasına çətinlik yaradır. Antonio Quterre ABŞ-ın Suriyada “sərhəd təhlükəsizlik qüvvələri” yaratmaq planını şərh edərkən bildirib: “Həddindən çox ölkənin Suriyada ordusu var. Düşünürəm, Suriya xalqı problemi özü həll etsə, daha yaxşı olardı”.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info