Gənclər arasında milli-dini dözümlülüyün təbliğinə dair proqramın icrasına start verilib
Tarix: 18.01.2018 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


“ASAN Könüllüləri” Təşkilatı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq, “Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğ edilməsi” Proqramına start verilib.
“ASAN Könüllüləri” Təşkilatından bildiriblər ki, paytaxt və regionları əhatə edəcək proqram çərçivəsində “Fotoqrafların gözü ilə dini tolerantlıq” mövzusunda fotosərgi keçiriləcək, həmçinin Dövlət Komitəsi tərəfindən hazırlanmış “Şəhadət” filmi nümayiş olunacaq, maarifləndirmə tədbirləri reallaşacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrdə olduğu kimi, bu sahəyə də göstərdiyi qayğı nəticəsində ölkəmizdə dini dəyərlər, dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Təsadüfi deyil ki, bu gün istənilən dinin nümayəndələri sərbəst şəkildə öz dini ayinlərini həyata keçirirlər. Ölkəmizdə bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və dövlət qurumlarında təmsil olunurlar. Təbiidir ki, mövcud olan bu vəziyyət mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında “Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğ edilməsi” bəndinin yer alması Azərbaycanda dövlət siyasətinin tolerantlıq, dialoq mühitinin gücləndirilməsi, gənclərin hüquqlarına riayət olunması, çağdaş dəyərlərin möhkəmləndirilməsi kimi prinsiplərə əsaslandığını bir daha sübut edir.
Bu baxımdan proqramın əsas məqsədi də Azərbaycanın dövlət siyasəti olan dini dözümlülüyün, milli mənəvi dəyərlərin, tolerantlıq nümunələrinin gənclər üçün təbliğ edilməsi, eləcə də ölkəmizdə mövcud olan dinlərarası nümunəvi əlaqələrin, tolerantlığın, əsrlərdən bəri formalaşan köklü ənənənin, qarşılıqlı hörmət və əməkdaşlığın mövcudluğunun geniş şəkildə onların diqqətinə çatdırılmasıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info