MEK və Ombudsman Aparatı arasında əməkdaşlığa dair Memorandum imzalanıb
Tarix: 18.01.2018 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı ilə birgə “İnsan hüquqları üzrə maarifləndirmə sahəsində davamlı əməkdaşlığın qurulması” mövzusunda tədbir keçirib.
AMEA Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Ombudsmanın Azərbaycanda hüquqi maarifləndirmə istiqamətində gördüyü işlərdən və professor Elmira Süleymanovanın alim, ictimai xadim və ombudsman kimi fəaliyyətindən geniş məlumat verib.
Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova Azərbaycan Respublikasının Ombudsman Aparatının elektron nəşrlərdən ibarət kolleksiyasını kitabxanaya təqdim etməsini yüksək dəyərləndirib. L.İmanova müxtəlif qurumlara məxsus kolleksiyaların elektron formatda kitabxananın Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsi mərhələsinin 2018-ci ildə də davam etdirildiyini bildirib. O, işlək vəziyyətə gətirilən və elmiləşən MRY bazası və MEK-in 2017-ci ildə əldə etdiyi başqa mühüm nəticələr barədə məlumat verib.
MEK-in əməkdaşı Xəyalə Kərimova tədbir iştirakçılarını professor Elmira Süleymanovanın həyat və fəaliyyəti, eləcə də müəllifi olduğu nəşrlər ilə tanış edib. Qeyd olunub ki, Ombudsman Aparatı tərəfindən MEK-ə təqdim edilən kolleksiyada 204 nüsxə sənəd var. Sənədlər 171 nüsxəsi Azərbaycan dilində, 12 nüsxəsi ingilis dilində, 2 nüsxəsi rus dilində, 19 nüsxəsi müxtəlif dillərdə olmaqla 164 kitab, 23 buklet, 5 məlumat kitabı, 7broşüra 2 kataloq, 2 liflet, 1 jurnaldan ibarətdir.
Bakı Dövlət Universitetinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, professor Nadir İsmayılov MRY layihəsini informasiyanın qorunması və istifadəsi baxımından önəmli olduğunu qeyd edib.
Ombudsman Elmira Süleymanova tədbir iştirakçılarının diqqətini Azərbaycanda insan hüquq və azadlıqları istiqamətində görülən işlərə, ümumilli lider Heydər Əliyevin təhsil və kitabxanaya verdiyi dəyərə cəlb edib. O, gənclərin elmə, təhsilə diqqət ayırmalarının vacib olduğunu qeyd edərək bu işdə kitabxanaların rolunu vurğulayıb. Tədbirin kitaba həsr olunduğunu və kitab ətrafında düzənləndiyini bildirən E.Süleymanova rəhbərlik etdiyi Aparatın elektron nəşrlərinin MEK-ə təqdim olunmasını informasiya siyasəti baxımından düzgün seçim adlandırıb.
Daha sonra Ombudsman Aparatının elektron nəşrlərindən ibarət kolleksiyası MEK-ə təqdim edilib. Bildirilib ki, Ombudsman Aparatının hazırladığı nəşrlərin elektron versiyası Mərkəzi Elmi Kitabxananın Milli Rəqəmsal Yaddaş bazasına daxil ediləcək, elektron kataloqda qeydə alınacaq. İki qurum arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sonda İnsan Hüquqları üzrə Müvəkkil, professor Elmira Süleymanovaya MRY bazası daxil olmaqla kitabxana fondlarının müxtəlif dillərdə hüquqi maarifləndirmə və Azərbaycan həqiqətlərini əks etdirən materiallarla zənginləşdirməsinə verdiyi töhfəyə görə, professor Aslan Məmmədliyə isə Azərbaycan kitabxanalarında mühafizə olunan və 2016-cı ildə MEK-də aşkarlanıb rəqəmsallaşdırılmış 17 ən qədim kitabın 7-nə annotasiya hazırladığı üçün kitabxananın Fəxri Oxucu Kartı təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info