Dünya İqtisadi Forumuna 70 ölkənin dövlət başçısı və Baş naziri qatılacaq
Tarix: 18.01.2018 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Yanvarın 23-26-da Davosda keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) 70 ölkənin dövlət başçısı və Baş naziri iştirak edəcək.
Forum saytında bildirilir ki, “Parçalanan dünyada birgə gələcək yaratmaq” mövzusuna həsr edilən builki Dünya İqtisadi Forumuna ölkədən təxminən 340 yüksək səviyyəli şəxs iştirak edəcək. Forumda 110 ölkədən təxminən 3 min iştirakçı müxtəlif mövzular üzrə müzakirələr aparacaq.
Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab deyib: “Dünyamız ölkələr arasında artan rəqabət səbəbi ilə parçalanmış vəziyyətdədir. Ölkələr arasındakı ortaq maraqlarla bu vəziyyətdən çıxış yolu tapa bilərik”.
Davosdakı yığıncaqlarda ölkələr arasındakı ortaq problemlərlə mübarizədə beynəlxalq iş birliyini canlandırmaq mövzusuna əsas diqqətin yönələcəyi bildirilib. Forumda, həmçinin Suriya böhranı ilə bağlı yığıncaq təşkil ediləcək və həmin iclasa BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura sədrlik edəcək. İsrail-Fələstin böhranı da forumda müzakirə ediləcək.
Forumda açılışını Hindistanın Baş naziri Narendra Modi, yekun çıxışı isə ABŞ Prezidenti Donald Tramp edəcək.
WEF çərçivəsində dövlət başçılarının ikitərəfli danışıqlar aparması da gözlənilir. Dörd gün davam edəcək forumda təhlükəsizliyi təmin etmək üçün təxminən 10 milyon dollar sərf ediləcəyi nəzərdə tutulur.
Yığıncağa dövlət başçıları ilə yanaşı BMT-nin baş katibi Antonio Quterreş, Ümumdünya Ticarət Təşkilatının baş direktoru Roberto Azevedo, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristin Laqard, Dünya Bankının rəhbəri Jim Yong Kim, Beynəlxalq Enerji Agentliyinin (IEA) icra direktoru Fatih Birol, BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Uilyam Leysi Svinq və Beynəlxalq Əmək Təşkilatı (BƏT) baş direktoru Qay Rayder də qatılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info